{category-title}

İctimai nəqliyyatın 96 dərdi və ya xoşunuz gəlmirsə, piyada gedin

 

 

“Sürücüyə problemi deyirəm, acıqlanır ki, “canın çıxsın, gözlə”

 

Avtobus dayanacaqlarındakı sərnişin sayı, normalda pik saatlarda çox olmalıdır. Bir də Bakı yağış və çətin hava şəraitinə tuş gələndə.

 

Lakin, artıq günün istənilən saatında hansısa dayanacaqda gileylənən vətəndaşları görmək olar. Misal üçün, 96 saylı xətt üzrə hərəkət edən avtobuslarla bağlı son vaxtlar sosial şəbəkədə narazılıqlar dilə gətirilir. İntervalın həddən artıq uzun tutulması, gecikmələr, avtobusların dolu gəlib-getməsi, üstəlik sürücülərin dayanacaqda saxlamamaları, saymazyanslıq etmələri insanları qəzəbləndirir.

 

Bu günlərdə AYNA əməkdaşı da belə bir halla üzləşib. Hadisə “Nizami” metrostansiyası yaxınlığındakı dayanacaqda baş verdi. 35 dəqiqə sonra dayanacağa gələn 96 saylı avtobusun sürücüsü sərnişinlərlə mübahisə etməyə başladı.

Bir qadın bildirdi ki, oğlunu məktəbdən götürdükdən sonra, yalnız bu marşrutla evə gedə bilir: “Uşaq dərsdən çıxır, bizim evə gedib çıxmağımız 1 saata başa gəlir, belə işmi olar?! Sürücüyə deyirəm, acıqlanır, deyir “mənə nə, canın çıxsın, gözlə, gözləmirsən, ayaqla get”. Dözülməz vəziyyətdir”.

 

Əslində, bu cür mübahisələrə şahid olmağa adət etmişik. Hər halda ortada vətəndaş narazılığı var və bunun aradan qaldırılması üçün aidiyyatı orqanlar tədbir görməlidir.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev AYNA-ya açıqlamasında deyib ki, 96 saylı marşrutla bağlı yaşanan problem barədə daşıyıcı şirkətə məlumat verilib: “Bizim əlimizdə konkret hansı dövlət qeydiyyat nişanı olan avtobus haqqında fakt olmadığı üçün iddia qaldıra bilmirik. Bu səbəbdən bütün hallarda xəbərdarlığımızı etmişik. Əgər sərnişinlərin hər hansı narazılığı varsa, 141 saylı “qaynar xətt”ə istənilən iradla bağlı məlumatlarını bildirə bilərlər”.

 

96 saylı marşrut avtobuslarına məsul olan “Xaliq Faiqoğlu” MMC-nin mətbuat katibi Nizam Rzayevin AYNA-ya verdiyi məlumata görə, 96 saylı xətt üzrə hazırda 10 avtobus 8 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir: “Günün müəyyən saatlarında yollardakı vəziyyətlə əlaqələr müəyyən interval pozulmaları müşahidə edilə bilər. Çalışırıq ki, bu kimi hallardan yayınaq və sərnişinlərimizi vaxtında və rahat mənzil başına çatdıraq. Yaxın vaxtlarda xətt üzrə avtobusların sayının artırılması nəzərdə tutulub. Onu da qeyd edim ki, şirkət tərəfindən 96 saylı xətt 3 il əvvəl “Bakıkart” sisteminə qoşulub və elektron ödəniş tətbiq edilir”.

 

Məlumat üçün deyək ki, 96 saylı marşrut avtobusu vaxtilə Bakının ən işlək marşrutu olub. Sərnişinlərin fikrincə, “BakuBus” avtobusları xəttə qoşulduqdan sonra mövcud problemlər yaranıb.

 

Sərnişinlər arasında keçirdiyimiz sorğuya görə, Bakının ayrı-ayrı  marşrutları üzrə işləyən sərnişindaşıma nəqliyyatında problemlər yaşanır. Ən çox narazılıq 96, 179, 199, 6, 59, 6, 66 və 29 saylı avtobuslardandır.

Son xəbərlər

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO

Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

Moldovanın hava sahəsində 5 dron müşahidə olunub

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər