{category-title}

Tanınmış ekspert Bakıda tıxacların azaldılması yollarını söylədi

 

“Bakıda, son zamanlar isə Xırdalanda insanları yoran, saatlarla küçələrdə keçirməyə məcbur buraxan tıxacların səbəblərini rəsmi şəxslər, onların arqumentlərini müdafiə edən media-ekspert qrupu avtomobillərinin sayının həddən artıq çox olması ilə izah edirlər. Hazırda rəsmi statistikaya görə, Bakıda hətta qeydiyyatsız yaşayan əhali nəzərə alınsa belə, əhalinin hər 1000 nəfəri hesabı ilə bütün növdən olan avtomobillərin sayı 250 ədəddən çox deyil.”

 

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev səsləndirib.

“Halbuki qüvvədə olan şəhərsalma standartlarına görə, bu sayın 300-dək olması normadır. Yəni ictimai nəqliyyat şəbəkəsinin effektiv qurulduğu, yol infrastrukturunun düzgün tikildiyi şəraitdə, hər 1000 nəfərə 300 ədəd avtomobil yolverilən saydır.

 

 Rövşən Ağayev

 

Şəhərsalma standartlarının 8.3-cü maddəsinə görə, iri və böyük şəhərlərdə hər 1000 nəfərə 3-4 taksi, 250-dək minik avtomobili, 40-dək iritutumlu avtomobil sayı normadır. Orta ölçülü və kiçik şəhərlərdə həmin normalar daha aşağıdır.

Standartlarda taksidən savayı digər ictimai nəqliyyat növlərinin sayının necə müəyyən edilməsi də əksini tapıb. 8.30-cu maddəyə görə, sürətli olmayan, adi sürət rejimində çalışan nəqliyyat vasitələrində sərnişin salonu döşəməsinin hər kv. merti üçün 4 nəfər, sürətli nəqliyyat vasitələrində isə 3 nəfər olmaqla ictimai nəqliyyata tələbat hesablanmalıdır.

İri və böyük şəhərlərdə ərazinin hər kv.kilometrinə (hər 100 hektara) 4.5 km uzunluqda ictimai nəqliyyatın hərəkət etdiyi yol (xətt) şəbəkəsi düşməlidir. Məsələn, Xırdalanda 1500 hektar məskunlaşma ərazisi varsa, icitmai nəqliyyat yollarının uzunluğu azı 70 km təşkli etməlidir.

Əgər bu standarta əməl edilərsə, şəhərin istənilən nöqtəsində bütün sakinlərin ictimai sərnişin nəqliyyatının ən uzaq dayanacağına qədər piyada gedişi məsafəsinin də 400 m-dək olması təmin edilər(8.33-cü maddə). Eyni zamanda, 8.35-ci maddəyə görə, sərnişinlərin nəqliyyat dəyişməsi üçün vaxt, nəqliyyatı gözləmə müddəti nəzərə alınmaqla, 3 dəqiqədən artıq olmamalıdır.

Çıxan nəticə: qüvvədə olan standartlar göstərir ki, ictimai nəqliyyat şəbəkəsinin və yol infrastrukturunun təşkililə bağlı qüvvədə olan şəhərsalma normalarına əməl edilsə, maşın parkının hazırkı sayı ilə Bakı və ətrafında tıxaclar indiki ölümcül vəziyyətə çıxmaz”.

Bizimyol.info

Son xəbərlər

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Bütün xəbərlər