{category-title}

Gündəm / Cəmiyyət
26.08.2026, 10:37
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 28-də Kəlbəcər şəhərində, Kəlbəcər şəhər 1 №-li tam orta məktəbin binasında saat 10:00-dan Kəlbəcər və Laçın rayonları sakinlərini qəbulu edəcək.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı avqustun 27-i Kəlbəcər şəhər 1 №-li tam orta məktəbin binasında saat 09:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
