{category-title}

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq məsələsi ilə bağlı Baş nazir Nikol Paşinyanın açıqlamasını şərh edib.

O Cabarov bildirib ki, Ermənistan təşkilatdan çıxarılmasını gözləmək əvəzinə, KTMT-dən ayrılmaq barədə qərarı özü qəbul etməlidir.

Rusiya senatoru Ermənistanda KTMT-də üzvlüklə bağlı referendum keçirilməsini və müəyyən edilmiş prosedura uyğun hərəkət edilməsini təklif edib. Cabarov bu fikirləri Paşinyanın Ermənistanın KTMT-dən çıxarılmasından məmnun olacağını bildirməsindən sonra səsləndirib.

Rusiya rəsmisinin sözlərinə görə, Ermənistanın KTMT-dən çıxması ölkənin təhlükəsizliyini artırmayacaq. O bildirib ki, belə qərardan sonra Moskva ilə İrəvan arasındakı münasibətlər adi dövlətlərarası əlaqələr səviyyəsinə düşəcək.

Cabarov Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində siyasətinin də ölkə üçün iqtisadi problemlər yarada biləcəyini iddia edib. Onun sözlərinə görə, bu proses Ermənistanı Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə məcbur edə bilər.

Son xəbərlər

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb

Bütün xəbərlər