{category-title}

Dünya
26.08.2026, 18:06
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin bu həftə Rusiyaya səfər qismən rutin xarakter daşıyır.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "The Glenn Beck Program" onlayn proqramının efirində bildirib.
"Sizi məyus etdiyim üçün təəssüflənirəm, lakin o, qismən rutin bir səfər çərçivəsində oradadır", - o bildirib.
Tramp Qərb mediasında Retkliffin səfərinin məqsədləri ilə bağlı ortaya çıxan fərziyyələri şərh etmək xahişinə cavab verib. Xüsusilə səfərin Rusiya və Qərb arasında gərginliyin artması riski və ya Moskvada İrana qarşı ABŞ sanksiyaları mövzusunun müzakirəsi ilə bağlı ola biləcəyi barədə versiyalar səsləndirilirdi.
"Səsləndirdiyiniz versiyaların heç birinin bura aidiyyatı yoxdur", - Tramp bildirib.
