{category-title}

Metroda nə baş verir: şikayətlər çoxalır - AÇIQLAMA

 Son vaxtlar Bakı Metropoliteninin sərnişinləri qatarların arasındakı hərəkət intervalının çox olmasından, qatarların ləngiməsindən şikayətlənirlər. Sərnişinlər hərəkət intervalının 2,5-3 dəqiqə əvəzinə bəzən 7-8 dəqiqə olduğunu bildirirlər.

Bir neçə gün bundan əvvəl isə mətbuatda və sosial şəbəkələrdə yayılan informasiyalara görə metronun Elmlər Akademiyası stansiyasında işıqlar sönüb. Sərnişinlərlə dolu qatar “Həzi Aslanov” - “Dərnəgül” xətti ilə hərəkət edib. Qatardan düşən sərnişinlər stansiyanın perronunda gözləməli olublar. 5 dəqiqədən çox davam edən gözləmədən sonra elektrik enerjisinin verilişi bərpa olunub və qatar hərəkətini davam etdirib.

Maraqlıdır, Bakı metrosunda nə baş verir?

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov “Yeni Müsavat”a danışıb:

“Bəli, son günlərdə bu cür məsələlər müşahidə olunur. Sərnişinlərin sıxlığı, qatarların hərəkət intervalında ləngimələr olub. Məsələn, mayın 14-də interval 4 dəqiqəyə qədər çatıb. Amma daha sonra interval qrafikində heç bir pozuntu baş verməyib, hər şey qaydasında davam edib. Yəni bəzən bu cür hallar baş verir. Əsasən iş günləri ərzində təxminən 600 mindən artıq sərnişin daşınır. Amma bəzi günlər 800 mini aşır. Təbii ki, bunların hamısı intervala təsir edir. Məsələn, ötən gün daha çox sıxlıq metronun ”Koroğlu" və “28 May” stansiyasında müşahidə olunub. Şikayətlər əsasən qatarların ləngiməsi ilə bağlı olur. Qatar hərəkət edirsə, deməli, hansısa nasazlıqdan söhbət gedə bilməz. Əgər ləngiyibsə, deməli, ondan əvvəlki qatar gecikib. Ləngimənin də əsas səbəbi stansiyalarda vaxtından çox dayanması olur. Buna səbəb isə sərnişinlərin sıxlığı, qatara girib-düşməsində baş verən ləngimələr, sərnişinlərin qatarın qapılarını tutub saxlaması və sairə olur. Lakin hazırda sıxlıq normal vəziyyətə düşüb.

Ayın 11-də isə metropolitenə gələn elektrik itdiyindən “Nizami” - “20 Yanvar”stansiyalarında işıqlar sönmüşdü. Lakin bu, qatarların hərəkətinə təsir etməyib. Problem yalnız işıqlanmada olub. Yəni qatarların hərəkətində heç bir məhdudiyyət yaranmayıb, stansiyaların işıqlandırılması qısa müddətdə bərpa olunub. Dörd stansiyanın işıqlanmasında yaranmış texniki problem səbəbi ilə həmin sahədə qatarların hərəkətində 2 dəqiqəyə qədər ləngimə baş verib. Heç bir sərnişində özünü pis hiss etməsi halı yaşanmayıb.

Bakı Metropoliteninin elektrik enerjisi ilə təminatı bir mənbədən olmadığından, elektrik enerjisi şəbəkəsinin sığortalı fəaliyyətini təmin edən sistem mövcuddur. Bu səbəbdən elektrik enerjisinin verildiyi hər hansı xətt üzrə gərginliyin düşməsi və ya itməsinin Bakı Metropoliteninin elektrik enerjisi ilə təminatına əsaslı təsir göstərməsi mümkün deyil. Texniki problem yalnız qısamüddətli olur və dərhal aradan qaldırılır".
 

Son xəbərlər

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Bütün xəbərlər