{category-title}

Bakıda avtobus sürücüsü əsgəri təhqir etdi: "Çəpişə oxşayırsan"

 

 

Ötən gün Bakıda avtobus sürücüsü əsgəri təhqir edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Facebook"da hadisə şahidləri məlumat yayıblar.

Sosial şəbəkə istifadəçisi Leyla Həsənova yazıb ki, 4 nömrəli avtobus sürücüsü sərnişinlərdən birini, əsgəri söyüb.

Baş verənləri olduğu kimi təqdim edirik:

"4 nömrəli avtobusda bir əsgər də var idi. Əsgər əlində xəstəxanadan aldığı müayinənin nəticələrini göstərən yekə bir torba tutmuşdu.

Üzdən oxumaq olurdu. "Azadlıq"la "İnqilab"ın kəsişməsində dayanacaqda düşəsi oldu.

Elə bu vaxt gənc sürücü əsgərin üstünə qışqırdı ki, "ayə, general (lağa qoyurdu) yol pulunu ver. Niyə düşüb qaçırsan?". 
Bu vaxt əsgər əlini cibinə salıb dedi ki, "sən Allah, bağışla, fikrimdən çıxıb, götür pulu...".

Avtobusda, dayanacaqda çox adam var idi, hamı da görüb eşidirdi. Sürücü əsgərə dedi ki, "səndən əsgər olar əə? Çəpişə oxşayırsan".

Əsgər fiziki baxımdan çox zəif idi. Elə bu vaxt təxminən 23-25 yaşlarında bir qız sürücüyə bu sözləri deyib üstünə 5 manat pul tulladı: 
"Ayə" sənsən, o əsgərdir, "ayə" deyil. Çəpiş də sənsən. 30 qəpiyə görə sənin namusunu qoruyan əsgəri niyə eşşək kimi çağırırsan? Al bu 5 manatı da sox gözünə, sənə 30 qəpik azdır", - deyə qız qışqırdı.

Sürücü "az, düş uç burdan, əcəb eləyirəm" deyərək qızın üstünə qalxdı. Qız avtobusdan düşüb sürücüyə dedi ki, hünərin varsa, düş aşağı, sənin cavabını verim.

Əsgər qıza bircə söz dedi: "Çox sağ ol, bacı". Sürücü gördü ki, hamı ona qarşı çıxır, tez avtobusu sürüb getdi". 
Bakıda avtobus sürücüsü əsgəri təhqir etdi: "Çəpişə oxşayırsan"Bakıda avtobus sürücüsü əsgəri təhqir etdi: "Çəpişə oxşayırsan"

Son xəbərlər

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub

İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb

Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək

Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ

İsrail ordusu Livanda ciddi itkilər verdi

İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır

Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi

Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır

İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb

Oğuzda narkotik alverçiləri saxlanıldı

Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bütün xəbərlər