{category-title}

“Bolt” etiraz edən sürücülərin nömrəsi blok etdi: “Müəyyən hesablara məhdudiyyət tətbiq edilib”


“Bolt” taksi sürücüləri şirkətlə bağlı şikayətlərini dilə gətirdikləri üçün sistemdən blok edildiklərini deyirlər. Şikayətlərinə gəldikdə isə baxılmadığını qeyd edirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda bildirilir. Eyni zamanda məsələ ilə bağlı sosial şəbəkədə də çoxsaylı paylaşımlar edilib.

Belə ki, şirkətlə əməkdaşlıq edən sürücülər deyirlər ki, şirkət proqram üzərindən sürücüyə sifarişi verəndə müştərinin gedəcəyi yeri, qiyməti, A və B arasındakı məsafəni əvvəldən görməyinə icazə vermir:

“Tələb edirik ki, bu məsələnin sistemdə düzəldilməsini təmin etsinlər. Bir başqa məsələ isə sürücülərə kartla olan sifarişlərdə pullarını əldə etməkdə yaradılan çətinliklə bağlıdır. Eyni zamanda, şirkətin sifarişlərə qoyduğu komissiya haqqı da çoxdur. Əgər qiymətləri qaldıra bilmirsə, şirkət özü sürücülərdən tutduğu 20% komissiyanı aşağı salsın, heç olmasa, 5-10% eləsin. Biz xahiş edirik ki, etiraz etdiyimiz, şikayətləndiyimiz məsələlərə görə nömrələrimizi blok etmək yerinə, çıxış yolu üçün danışıqlar aparsınlar”.

Nə üçün şirkət onunla əməkdaşlıq edən sürücülərin nömrələrini müəyyən durumlardan şikayətçi olduqlarına görə blok edib? Problemlərin çıxış yolu budurmu?

Sürücülərin kartla gediş üçün əldə etdikləri qazancın əlçatanlığını çətinləşdirməkdə məqsəd nədir?

Məsələ ilə bağlı “Bolt” taksi şirkətinə e-mail üzərindən sorğu ünvanladıq. Sorğumuza “Bolt” dəstək komandasından Rəna adlı xanımın göndərdiyi cavaba əsasən, sürücülər ancaq sifarişi qəbul etdikdən sonra gediləcək ünvan, əlavə dayanacaqlar, ödəniş metodu və sairəni görə bilirlər:

“Əlavə olaraq bildirmək istərdik ki, sürücülərin və sahibkarların ödənişləri vaxtında hesablarına göndərilir. Bizim qaydalar və şərtlər bütün sürücülər üçün əlçatandır, xüsusilə də vurğulamaq istərdik ki, xidmətlərimizə qarşı uyğunsuz davranışlar tərəfimizdən ciddi şəkildə araşdırılır və bu barədə xüsusi tədbirlər görülür.

Son qeydə alınan platformamıza xələl gətirəcək davranış sərgiləndiyinə görə müəyyən sürücü hesablarına məhdudiyyət tətbiq edilib. 

Biz sürücülərimizə hər zaman hörmətlə yanaşırıq və xidmət göstərdiyimiz istənilən ölkədə şəffaflıq olması üçün çalışırıq. Platformamızla əməkdaşlıq etmək istəyən hər bir sürücü ilkin olaraq komissiya haqqı barəsində məlumatlandırılır və biz platforma olaraq yolumuzu yalnız əməkdaşlıq etmək istəyən sürücülərlə davam etdirməkdən məmnunuq”.

Son xəbərlər

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana səfər edib

"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək

KİV: Rusiyada “Drujba” neft kəməri yenidən partladılıb

Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq

Bütün xəbərlər