{category-title}

İdman
3.12.2025, 17:09
"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb

"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb.
"Bayquşlar" 1/8 finalda "İmişli"yə 2:1 hesabı ilə qalib gəlib.
Paytaxt təmsilçisi 1/4 finalda "Qəbələ" - "Şəfa" cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq. Daha əvvəl "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" əlavə vaxtda "Neftçi"ni (1:0), "Şamaxı" isə "Baku Sportinq"i (1:0) məğlub edib.
