{category-title}

Gündəm / Cəmiyyət
4.12.2025, 12:47
Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Bu gün Vyanada (Avstriya) ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclası başlayıb.
Xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak edir.
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen azərbaycanlı naziri salamlayıb.
Tədbirdə ATƏT-in üzvü olan 57 dövlətin xarici işlər nazirlərinin, həmçinin 11 tərəfdaş ölkənin nümayəndələrinin iştirakı gözlənilir.