{category-title}

 

3-cü dozanı vurduranlar üçün 4-cü məcburidir?

 


Son günlər sosial şəbəkələrdə koronavirus əleyhinə buster (qüvvətləndirici), yəni üçüncü dozadan sonra 4-cü dozanın tələb edilməsi məsələsi müzakirə olunur. Vətəndaşlar bildirir ki, 3-cü dozadan sonra onların sənədinə artıq 4-cü dozanın vurulması ilə bağlı vaxt da yazılır. Sualdoğuran detallardan biri də odur ki, 4-cü dozadan sonra "etabib" proqramında sistemdə olan əvvəlki iki vaksinlə bağlı məlumatlar silinir.

“Qafqazinfo” məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Cavab olaraq saytımıza bildirilib ki, hazırda ilkin vaksinasiyadan 6 ay sonra “buster” və ya “revaksinasiya” mümkündür: “COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün “buster” dozanın (3-cü doza) vurulması tövsiyə olunur. “Buster” dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər”.

Agentlikdən verilən məlumata görə, vətəndaş randevu.its.gov.az saytı üzərindən 3-cü doza üçün növbə götürəndə avtomatik olaraq 4-cü dozanın qəbulu tarixi qeyd olunur: “Yəni, bu qayda peyvənd üçün ilk növbə götürmə prosesindəkinə oxşardır. Həmin vaxt da ikinci dozanın vurulma tarixi vətəndaşa ekranda göstərilir, yaxud da mobil nömrəsinə göndərilən SMS-də bildirilir. Odur ki, 4-cü doza üçün əlavə növbə götürməyə ehtiyac yoxdur”.

Mövzu ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, ölkəmizdə 4-cü doza insanların öz istəyi ilə vurula bilər: "4-cü dozanın vurulması (revaksinasiya) hələ ki, nə Azərbaycanda, nə də heç bir digər ölkədə planlı şəkildə tətbiq olunur. Eyni zamanda, qeyd olunmalıdır ki, revaksinasiya, yəni 4-cü dozanın vurulması ilə bağlı hər-hansı əks-göstəriş yoxdur və ölkəmizdə 4-cü doza insanların öz istəyi ilə vurula bilər".

4-cü dozadan sonra sistemdən əvvəlki iki vaksinlə bağlı məlumatların silinməsi məsələsinə gəldikdə isə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, məsələni araşdırmaq üçün qeyd edilən halla rastlaşmış şəxsin adı, soyadı, şəxsiyyət vəsiqəsinin FİN kodu təqdim edilməlidir.

Əvvəlki vaksin məlumatlarının sistemdən silinməsi haqda sosial şəbəkələrdə vətəndaşlar tərəfindən paylaşımlar olsa da, TƏBİB-dən saytımıza verilən məlumatda bildirilib ki, elə bir şey yoxdur: "Olsa da, vətəndaş fərdi şəkildə müraciət edə bilər".

Bununla bağlı vətəndaşlara göndərilən SMS-lərlə bildirilir ki, üçüncü doza vurulandan sonra növbəti dozanı qəbul etmək üçün yaxınlaşmaq mütləq deyil.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 567 min 919, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 83 min 530, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 573 min 036 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 911 min 353 nəfər təşkil edir.

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər