{category-title}

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Hərbi Prokurorluğun Biləsuvarda bir sıra cinayətlərdə, o cümlədən əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq zastava rəisi Mahmud Səfəralıyev barəsindəki qərardan verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib. Hərbi Prokurorluğun təqdimatı təmin edilib və Mahmud Səfəralıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ittihama görə, Dövlət Sərhəd Xidmətinin Biləsuvarda yerləşən hərbi hissəsinin əsgəri H.H. və başqa bir neçə əsgər hərbi xidməti zamanı kapitan Mahmud Hikmət oğlu Səfəralıyev tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qalıb.

Həmin faktla bağlı Hərbi Prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.

Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi məhkəməsinə təqdimat göndərilib.

Cəlilabad Hərbi Məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə vəzifədən azad olunmuş kapitan Mahmud Səfəralıyevlə bağlı təqdimatı təmin etməyib. Saxlanılan kapitan azadlığa buraxılıb.

Hərbi Prokurorluq M.Səfaralıyevin azadlıqda qalmasının həm cəmiyyətdə mənfi emosiya doğuracağını, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olmasını nəzərə alaraq, qərardan apellyasiya şikayəti verib.

Cəlilabad Hərbi Məhkəməsindən bildirilib ki, noyabrın 27-də məhkəmədə Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Mahmud Hikmət oğlu Səfəralıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılıb və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilmədiyindən məhkəmənin həmin tarixli qərarına əsasən təqdimat rədd edilib, M.H.Səfəralıyev dərhal məhkəmə iclas zalında həbsdən azad edilib. (Mənbə: APA)

Son xəbərlər

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

Putinin mühafizəsi GÜCLƏNDİRİLİB

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb

Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb

Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək

Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

Bütün xəbərlər