{category-title}

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Bakıda keçiriləcək beynəlxalq "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bakı Bulvarının "Yeddi gözəl" fəvvarəsinin qarşısındakı ərazidə "IRONMAN" kəndi və əyləncə zonası fəaliyyətə başlayıb. Ziyarətçilər burada "IRONMAN" ab-havasını yaxından hiss edə, müxtəlif əyləncəli və interaktiv fəaliyyətlərdə iştirak edə, əsas yarış ərəfəsində asudə vaxtlarını səmərəli keçirə bilərlər.

Həmçinin sentyabrın 5-də keçiriləcək "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışında iştirak edəcək idmançıların qeydiyyatına başlanılıb.

Tədbirin əsas yarışı sentyabrın 5-də keçiriləcək. Dünyanın 62 ölkəsindən idmançılar start xəttinə çıxacaqlar. "IRONMAN 70.3" yarışı 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış olmaqla üç mərhələdən ibarətdir. Yarışlar kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçiriləcək.

"Alufar IRONMAN 70.3" çərçivəsində estafet yarışı da təşkil olunacaq. Kişilər, qadınlar və qarışıq komandalar arasında keçiriləcək yarışda ümumilikdə 47 komanda iştirak edəcək. Yarışın yekunlarına əsasən ən aktiv 3 klub da mükafatlandırılacaq.

"IRONMAN 70.3 Baku" yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-da keçiriləcək "IRONMAN 70.3" triatlon üzrə Dünya çempionatına vəsiqə qazanacaq.

"Alufar IRONMAN 70.3 Baku" tədbiri çərçivəsində sentyabrın 4-də uşaqlar üçün "IRONKIDS", eləcə də "Fun Run" qaçışları keçiriləcək. "IRONKIDS" yarışında 5–8 yaşlı uşaqlar 500 metr, 9–13 yaşlı iştirakçılar 1 kilometr, 14–17 yaşlı iştirakçılar isə 2 kilometr məsafə qət edəcəklər. 5 kilometrlik "Fun Run" qaçışında isə 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Hər iki yarışa qeydiyyat hazırda davam edir.

Qeyd edək ki, yarışlar Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

Son xəbərlər

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

Putinin mühafizəsi GÜCLƏNDİRİLİB

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb

Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb

Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək

Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

Bütün xəbərlər