{category-title}

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

İsraildə media turunda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin şimalında, Yuxarı Qalileya dağlarında yerləşən Hurfeiş druz şəhərinə səfər ediblər.

APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, səfər çərçivəsində jurnalistlər İsraildə Druz icmasının nümayəndəsi, Universal Sülh Şurası İnsan Hüquqları Təşkilatının sədri Şeyx doktor Kasem Bader ilə görüşüblər.

Görüş zamanı Bader İsraildə və regionun digər ölkələrində yaşayan druz icmalarının vəziyyəti, onların qarşılaşdığı çətinliklər və icmalar arasında əlaqələr barədə məlumat verib.

O bildirib ki, druzlar Suriya, Livan, İsrail və İordaniyada yaşayırlar və uzun illər ərzində bu ölkələr arasındakı siyasi vəziyyət və sərhəd məhdudiyyətləri səbəbindən ailə üzvləri və qohumları ilə görüşmək imkanından məhrum olublar.

Şeyx Kasem Baderin sözlərinə görə, Suriya və Livanla sərhədlərin bağlı olması druz icmaları arasında əlaqələrin qurulmasına ciddi maneə yaradır. O qeyd edib ki, İordaniya ilə sülh sazişindən sonra müəyyən imkanlar yaranıb, lakin Suriya və Livandakı vəziyyət druzların bir-biri ilə əlaqələrinə hələ də təsir edir.

Bader həmçinin druzların Yaxın Şərqdə azlıq icması kimi üzləşdiyi problemlərdən danışaraq, regionda sülh və sabitliyin təmin olunmasının icmaların gələcəyi baxımından mühüm olduğunu vurğulayıb.

Görüş zamanı jurnalistlər druzların tarixi, mədəniyyəti, dini ənənələri və İsrail cəmiyyətindəki rolu barədə də məlumat əldə ediblər.

Qeyd edək ki, druzlar Yaxın Şərqdə əsasən İsrail, Suriya, Livan və İordaniyada yaşayan, özünəməxsus dini və mədəni ənənələrə malik ərəb dilli icmadır. Druzlar özlərini ayrıca dini icma hesab edir və dini inanclarını qapalı icma daxilində qoruyurlar. İsraildə druzlar ölkənin sosial və ictimai həyatında fəal iştirak edir, o cümlədən İsrail Müdafiə Qüvvələrində xidmət edirlər.

Son xəbərlər

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

Bütün xəbərlər