{category-title}

“Vahid taksi qiyməti olsa belə, heç kim riayət etməyəcək”

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Prezidentə təqdim etməlidir.

Fərmandan da göründüyü kimi, tezliklə Bakı şəhərində taksi fəaliyyətində yeniliklərin olması gözləniləndir. Bəs bu fəaliyyət növündə hansı yeniliklər ola bilər?

“Qafqazinfo” məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov və nəqliyyat üzrə ekspert Eldəniz Cəfərin fikirlərini öyrənib.

Ərşad Hüseynov qeyd edib ki, son bir neçə ildə ölkəmizdə aqreqatorlar (şirkətlər, tətbiqlər) vasitəsilə göstərilən taksi xidmətlərinin sayı sürətlə artıb: “Yəni onlayn tətbiq, çağrı mərkəzlərinin köməyi ilə taksi və potensial müştəri arasında əlaqə yaradılır, xidmət göstərilir. Hazırda qüvvədə olan qanunvericilikdə taksi fəaliyyətinə dair müəyyən müddəalar var. Qanunda yalnız taksi sürücüsü və taksi kimi istifadə olunan avtomobilə dair tələblər var. Lakin qanunda aqreqatorlara dair heç bir tələb yoxdur”.

Ekspertin sözlərinə görə, dövlət qurumlarının özləri belə Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sayını dəqiq bilmir: “Taksi sürücülərinin böyük əksəriyyəti fərqlənmə nişanı almır, bu sahədə heç bir uçot aparılmır, aqreqatorların fəaliyyətinə nəzarət edilmir. Düşünürəm ki, təklif ediləcək tənzimlənmənin əsas predmetlərindən biri aqreqator şirkətlərə nəzarətlə bağlı olmalıdır. Dünyanın əksər ölkələrində, xüsusilə Qərb ölkələrində bunu çoxdan edirlər. Bu ölkələrdə aqreqatorların proqram təminatına, kimlərin xidmətə qoşulduğuna, onların avtomobillərinə, sığortalarının olub-olmamasına nəzarət edirlər. Bu kimi məsələlərin hamısı dövlətin diqqətindədir. Qanuna belə bir dəyişiklik edilərsə, Azərbaycanda da peşəkar taksi fəaliyyəti ilə məşğul olan kontingent formalaşar”.

Son zamanlar Azərbaycanda vahid taksi tariflərinin təyin olunacağına dair gəzən söz-söhbətlərə münasibət bildirən Ərşad Hüseynov bunun real olmadığını bildirib: “Çünki sürücülərin əksəriyyəti taksi fəaliyyəti ilə qeyri-leqal məşğul olur. Vahid tarif tətbiq olunsa belə, ona heç kim riayət etməyəcək”.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfər taksi xidmətində təhlükəsizlik və keyfiyyətin yüksəldilməsinin vacibliyini qeyd edib: “Eyni zamanda taksi xidməti bütün vətəndaşlara əlçatan olaraq qalmalıdır. Bu gün taksi xidməti liberaldır, vətəndaşların seçim imkanı var, qiymətlər də münasibdir. Bəzən taksi sürücüləri qiymətin çox aşağı olmasından şikayətlənirlər. Qiymətlərin yüksəldilməsi, eyniləşdirilməsinə dair fikirlər səsləndirilir. Lakin buna ehtiyac yoxdur”.

Ekspert bildirib ki, taksi xidmətlərinə dair vahid qiymətlər olmasa da, tövsiyə olunan qiymətlər var: “Belə ki, Nazirlər Kabinetinin 2019-cu ildə qəbul etdiyi müvafiq normativləri var. Bu normativlərə əsasən Bakı şəhərində 1 kilometr məsafəyə görə gediş haqqı 0.70 AZN-dir, məsafə artdıqca bu qiymət 0.50 AZN-ə qədər enə bilir. Nəqliyyat eksperti olaraq gəldiyim qənaət ondan ibarətdir ki, taksi xidmətini təşkil edən operator şirkətlər sürücülərdən komissiya haqqını yüksək alırlar. Belə ki, beynəlxalq şirkətlər xarici ölkədə fəaliyyət göstərən taksi sürücülərdən 5%, 10% komissiya haqqı aldığı təqdirdə, Azərbaycanda hər müştəriyə görə, taksi sürücüsündən 20% haqq alır. Bu da olduqca böyük rəqəmdir”.

Eldəniz Cəfər vurğulayıb ki, xarici şirkətlərin Bakıda, Azərbaycanda vətəndaşları istismar etməsinə icazə verilməməlidir: “Ona görə də taksi şirkətləri qarşısında bu məsələ qaldırılmalıdır, komissiyanın 10%-dən çox olmamasına dair tələblər irəli sürülməlidir”.

Son xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

Azərbaycanda "Vahid indekslərin siyahısı" genişləndirilib

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Küləkli havaya görə dənizdə dalğa artacaq

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

Bütün xəbərlər