{category-title}

“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” - GİLEY

 

Şəki şəhərindən 1 ilə yaxındır böyük çuxur yaranan yol hələ də təmir edilmir. “Qafqazinfo”ya müraciət edən şəhər sakini Zamiq Babayev bildirib ki, iyunun 9-u gecə saat 02 radələrində idarə etdiyi 10 SC 281 nömrəli “VAZ 2107” markalı avtomobili Nərimanov prospektində həmin quyuya düşüb:

“Təxminən 8 aydır ki, o yolda çuxur yaranıb. Yollar da gecələr işıqlandırılmır. Həmin vaxt yaxınlıqda yol polisi də var idi. Mənim maşınımı oradan çıxarıb yolun kənarına çəkməyə onlar kömək etdi. Yol polislərinə də dedim ki, heç olmasa bunun qarşısına bir xəbərdaredici nişan qoyun. Maşınım gecə orda qaldı, səhər gəlib ustaya apardım. Servisdən mütəxəssis rəy verdi ki, maşına 500 manat ziyan dəyib. İndi mənə dəyən ziyanı kim ödəyəcək? Yolu çəkən “Əfqan” şirkəti deyir biz təhvil vermişik. İcra hakimiyyəti məktublarıma cavab vermir. Yol idarəsi deyir bizim balansımızda deyil, yol bələdiyyənindir. Bələdiyyə sədri Elşad İbadov da deyir ağlın var idi, düşməzdin. Mənim maşınım düşəndən sonra bir aydan artıq vaxt keçib, amma hələ də vəziyyət eynidir. Bakıdan gələn nabələd sürücülər hər dəfə orada çuxura düşür”.

Şəki Şəhər Bələdiyyəsinin sədri Elşad İbadov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda “Əfqan” şirkəti həmin yolda kanalizasiya xətləri çəkir: “O yolda təmir gedir, şirkət işləri tamamlayıb təhvil verməyib. Buna görə də hələ heç bir qurumun balansında deyil. Xəbərdaredici işarələri də şirkət quraşdırmalıdır. Vətəndaş məhkəməyə müraciət edib haqqını tələb edə bilər”.
“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” - GİLEY
“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” - GİLEY

Son xəbərlər

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Bütün xəbərlər