{category-title}

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov rəhbərliye sədaqət nümunesidir . İlqar Mahmudovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Son bir neçə gündür ki, bəzi "ağzıgöyçək” media qurumlarında İlqar Mahmudov barəsində lazımi əsası olmayan yazılar tirajlanmaqdadır. Yəni, hələ də bu qədər ucuzluğa, dayaz addımlar atmağa həvəs göstərən media qurumlarının hərəkətlərini başa düşmək olmur.

Bəzi media qurumlarında adı çəkilən vəzifə sahibi haqda xoşagəlməz məqalələr dərc olunur. Elə ki, bu yöndə bir qədər araşdırmalar aparırıq, o halda dərc olunan məqalələrin sifarişlər əsasında işıq üzü gördüyü bəlli olur. Bu da onu söyləməyə əsas verir ki, İlqar Mahmudov ilə bağlı məqalə dərc edən KİV nümayəndələri hansısa qruplaşmanın "muzdlu nökər”inə çevrildiklərindən, məhz belə bir addımlarını atırlar. Ona görə də, "muzdlu nökər”ə çevrilən həmin şəxslərə məsləhət görürük ki, gözlərinizi silin və ətrafa açıq gözlə baxın ki, ağı qaradan seçməyi bacara biləsiniz. Yoxsa,

Onu da unutmaq olmaz ki, İlqar Mahmudovun həyat yolu parlaq olan simalardan biridir və ona qarşı yönəlik addımlar, hər kəs tərəfindən ikrah hissi ilə qarşılanır. İlqar Mahmudov bəzi vəzifə sahiblərindən fərqli olaraq oliqarx məmur deyil, sadə həyat tərzi keçirən bir şəxsdir. Əldə etdiyimiz məlumatlara görə, o, bir çoxları kimi hansısa vəzifəyə sahib olmaq uğurunda mübarizə aparmayıb, məhz ona daşıdığı vəzifəsi həvalə olunub. Bu da adı çəkilən vəzifə sahibinə rəhbərliyin bəslədiyi münasibətdən irəli gələn addımdır. Odur ki, bu şəxs haqda şər-böhtan yazmaq, barəsində əsassız açıqlamalar dərc etdirmək, əslində şərəfsizlikdir. Həmçinin belə bir şəxsin məmur nüfuzuna xələl gətirməyə çalışmaq, heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s. onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edən saytlar bəzi vəzifə sahiblərinin sifarişlərini yerinə yetirirlər, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.

 

Haqqında bəhs etdiyimiz, hansı ki, xarakterik xüsusiyyətinin bir çox göstəriciləri, həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksər vəzifə sahiblərindən fərqlənən və hal-hazırda İlqar Mahmudov, bu gün əsl xalq məhəbbətini qazanmış vəzifə sahibidir. Adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi tam əksəriyyət tərəfindən qəbul olunub, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb.İlqar Mahmudov, bu gün öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxarıb. Adı çəkilən bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, İlqar Mahmudov özündə elə bir xarakterik xüsusiyyətləri cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, hər kəsə qarşı xeyirxah addımlar atmağı və s. özü üçün əsas amal hesab edir. Bir sözlə, bu şəxs qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, sanki hər kəsin problemini özünün şəxsi problemi hesab edən vəzifə sahibidir.

Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında İlqar Mahmudov haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan sərsəm açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, İlqar Mahmudov haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız "ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan "məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Düşündürücü hal odur ki, İlqar Mahmudov barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur. Adicə o halın varlığına diqqət yetirək ki, İlqar Mahmudovun daşıdığı vəzifə, heç də sıradan bir vəzifə deyil. Açıq şəkildə qeyd edək ki, gördüyü işlərlə, rəhbərliyin etimad və etibarını qazanan, həyata keçirdiyi idarəçiliyi bəlkə də çoxlarına örnlərlək olan bu şəxslə bağlı tənqidi açıqlamalar dərc etməzdən öncə, azacıq da olsa fikirləşmək, bir qədər götür-qoy etmək gərəkdir ki, ağa qara yox, elə ağa ağ, qaraya da qara demək mümkün olsun.

 

Sonda onuda qeyd etmək istəyirəmki son günlərdə İlqar Mahmudov haqqında mətubatda həqiqətə uyğun olmayan yazılar dərc olunub

Son xəbərlər

Rusiya Volodimir Zelenskini axtarışa verib

Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ

Gimnastlarımız Avropa Kubokunda medal qazandı

Universitet müəllimi vəfat etdi

Müsavat Partiyasının qurultayı KEÇİRİLİR

Azərbaycan neftinin qiyməti 85 dollara düşüb

“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Yunis Səfərovla bağlı yeni QƏRAR

Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir

İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA

Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur

İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Bazar günü imtahan olacaq

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ

Bütün xəbərlər