{category-title}

"Günay" Sığorta Şirkəti müştəriləri necə bezdirir... - GİLEY

 

 

Jurnalist, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı öz başına gələnləri sosial şəbəkədə paylaşıb. Narazı QHT rəhbəri yazır:

"İnsan hər şeyə hazır olmalıdır. Qəzalara da ölümlərə də... Tanrı hər kəsi bunlardan qorusun. Amma olanda olur. Mən də 28 iyul 2019-cu il tarixdə bir qəzaya düşdüm. Ziya Bünyadov prospektində maşınımı arxadan vurdular. Açığı çox qorxmuşdum. Özümə gəldim və maşından düşdüm. 24-28 yaşlı bir gənc maşını iki zərbə ilə vurmuşdu. Günah onda olsada qışqırmaqda üstə çıxmaq fikrində idi. DYP və Sığorta nümayəndələri çağırıldı. Gərəkli sənədləşmələr aparıldı. Nərimanov Rayon DYP İdarəsində sənədləri bir neçə saata həll etdilər. Qaldı digər maşının Sığorta Şirkətinin qiymətləndirilməsi və təmiri. Məni Babək prospektində yerləşən Babək təmir emalatxanasına göndərdilər. Məcburi gedəsi oldum ki, dəyən ziyan qiymətləndirilsin. Nəhayət oranı güclə tapdım. Mat qaldım... bu nə emalatxanadı... 2 iyul tarixdə Günay Sığorta Şirkətinə gəldim . Dedilər aparın qoyun təmir etsinlər. Dəyən ziyan 590 manat qiymətləndirilib. Mən isə bu müddətdə artıq üç təmir emalatxanasında maşına dəyən ziyanı hesablatdırmışdım. Günay Sığorta Şirkəti o emalatxanaların qiymətindən üç dəfə az hesablama etmişdi. Və maraqlandım dedilər ki, Günay Sığorta Şirkəti maşın ölüxanalarının detallarından istifdə edir. Həmin Babək təmir emalatxanası kimi yerlərlə də əlbir olub müştəriləri aldadırlar. Günay Sığorta Şirkətinin nümayəndələrinə narazılığımı bildirdim. Rəhbərliklə görüşmək istədim. Lakin onlar buna imkan yaratmadılar. Dedilər narazısınız məhkəməyə müraciət edin. Ölkədə onsuzda qanunlar pozulur. Məhkəmə, prokurorluq, polis sisteminə minlərlə hüququ pozulmuş vətəndaş müraciət edir.Çox hallarda o vətəndaşların hüquqları qorunmadığından dövlətdən narazı qalırlar. Belə hallar isə çox təhlükəlidir. Narazılıqlar dövlətin təməlini laxladar. Ona görə də təkcə söhbət jurnalist, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızından getmir. Söhbət həm də minlərlə insanın belə fırıldaqçı sığorta şirkətləri tərəfində aldadılmasından gedir. Çox təəssüf ki, bu şirkətlərə nəzarət çox aşağı səviyyədə olduğundan onlar istədiklərini edirlər. Mən Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Korrupsiyaya qarşı İdarəyə və Vergilər Nazirliyinə müraciət edərək Günay Sığorta Şirkətinin qanunsuzluqlarına son qoymalarını xahiş edirəm. Nəhayət Günay Sığorta Şirkətinə DUR deyin. 
P.S İctimai Birlik rəhbəri kimi Vətənim Azərbaycana və həssas qruplara dəstəyim göz önündə olub. İndi harınlamış Günay Sığorta Şirkətinin rəhbərliyinin və əməkdaşlarının mənim kimi vətəndaş cəmiyyəti rəhbərinə qarşı süründürməçiliyinin adı xəyanətdir. Çünki dediyim kimi qapılarda şəxsi problemlərimlə məşğul olmaqdansa həssas qrupların məsələsini həll edirəm. Və nəhayət mətbuat da sığorta şirkətlərinin oyunlarını ortaya çıxarsın. Dəstək olan hər kəsə əvvəlcədən minnətdaram".
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq..
Teref.az
 

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər