{category-title}

“Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi. Hər bir beynəlxalq tədbir əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından xüsusi diqqət çəkir.  Bu gün Azərbaycana beynəlxalq baxışın hansı səviyyədə olduğu reallıqlarımızdan daha aydın görünür. Ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Təbii ki, bu uğura əsas verən amil ölkələr arasında əlaqələrin inkişafında mühüm faktor olan etimad mühitinin qorunması və inkişaf etdirilməsidir. Dövlət başçısı İlham Əliyev sözügedən forumdakı çıxışında ölkəmizin uğurlarının səbəblərindən danışarkən bu məqamları xüsusi qeyd etdi. Bildirdi ki, biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır. Əsas çıxış yolu və üsul ədalətli və səmimi olmaqdır. Qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik: “Düşünürəm ki, bu, məhz həmin keyfiyyətlərlə bağlıdır. Çünki onlar bizə etimadla yanaşa bilərlər və bilirlər ki, bizim tərəfdən sürprizlər olmayacaq.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyi əsas məsələlərdən biri regional təhlükəsizliyin təmin edilməsi oldu: “Ölkə Prezidentinin hər bir çıxışında Azərbaycanın  tarixi Zəfərimizdən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsinə xüsusi diqqət yönəldilir. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün bu addımı atdı və reallığa çevrilməsi üçün üzərinə düşən bütün öhdəlikləri  yüksək səviyyədə yerinə yetirir. Cənab İlham Əliyev hazırkı dövrdə sülh müqaviləsinin imzalanmasına  yaxın olduğumuzu  əsaslı şəkildə diqqətə çatdırdı. Bu reallıq da qeyd edildi ki, biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. İndi sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır. Dövlət başçısı növbəti zəfərimiz olan Qazaxın dörd kəndinin geri qaytarılmasına da diqqəti yönəldərək vurğuladı ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində,  həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır.”

Əliabbas Salahzadə qeyd edib ki, forumun mövzusundan da göründüyü kimi,  yaşıl enerji keçidi prioritet məsələmizdir: “Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsi  belə bir reallığın təsdiqidir ki, ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində stimulverici amildir. “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə töhfələrini artırmaq məqsədi daşıyır.  Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında “Biz iqtisadiyyatımızı şaxələndiririk” söyləyərək onu da əlavə etdi ki, hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazla bağlıdır. Hazırda əsas məqsədlərimizdən biri ixracımızı şaxələndirməkdir. Dayanıqlı inkişaf və enerji amillərinə gəldikdə isə, bildirildi ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib. Onlar bərabər şəkildə bölüşdürülür. Enerji əməkdaşlığımızı və ilk gəlirlərimizi aldığımız zaman Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi, hər ikinci şəxs yoxsul idi. Qaçqınlar arasında isə bu göstərici 75 faizdən çox idi.  İndi isə biz bunu 5 faiz səviyyəsinə qədər azaltmışıq. Eyni göstərici işsizliyə də aiddir.”

Millət vəkili vurğulayıb ki, sosial-iqtisadi inkişafımızın yüksək göstəricilərlə ifadə edilməsi ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurduğunu təsdiqləyir: “Azərbaycan neft və qazla zəngin ölkə olmasına baxmayaraq yaşıl enerjiyə keçidi prioritet məsələ kimi öndə saxlayır. COP29 bir daha Azərbaycanın bu sahədə imkanlarını dünyaya təqdim edəcək. Cənab İlham Əliyev bildirdi ki, COP29-a  sədrliyimizə  nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq. O da qeyd edildi ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. COP29 əla fürsətdir.”

Millət vəkili vurğulayıb ki, Azərbaycanın mütəmadi olaraq beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi üçün geniş imkanlar yaranır: “Buna əsas verən ölkəmizin daim irəli baxması, hər bir yeniliyə, təkmilləşməyə maraq göstərməsidir. Cənab İlham Əliyev forumdakı çıxışında gənc nəslin təhsilinə də xüsusi diqqət göstərərək bildirdi ki, bu, bizim əsas prioritetlərimizdən biridir. Gənc nəslin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi prezident proqramı var. Dövlət başçısının hər bir sahəyə xüsusi diqqət göstərməsi ölkəmizin hərtərəfli inkişafının prioritetliyini, eyni zamanda, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcudluğunu təsdiqləyir. Hər bir beynəlxalq tədbir yeni əməkdaşlıq əlaqələrinin qurulmasında əhəmiyyətli rol oynayır. Forum iştirakçılarının da təsdiqlədiyi kimi, COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq.”

Son xəbərlər

Mayın 29-nun ULDUZ FALI: Gərgin gün olacaq, düşünmədən qərar verməyə tələsməyin

Prezident və xanımı Xocalıya köçən sakinlərlə görüşdü

Ağdamın Güllücə kəndinə ilkin mərhələdə 108 ailənin köçürülməsi planlaşdırılır

Xalq Cümhuriyyəti: 23 aylıq müstəqillikdə DİPLOMATİYANIN ÖNƏMİ

Ermənistan müharibədən sonrakı reallığı dərk edərək sağ qaldı - Paşinyan

Mayın 28-nin ən xoşbəxt BÜRCÜ: Bu gün çoxdandır axtardığınızı tapa bilərsiniz

Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub

Yeni Zelandiya vətəndaşlarını təcili olaraq Yeni Kaledoniyadan təxliyə edib

Ağdamda mina hadisəsi baş verib

Bağdaddakı ən hündür binalardan birində Azərbaycan bayrağı əks olunub

Mehriban Əliyevadan təbrik - Foto

Bu gün -28 May – Müstəqillik Günümüzdür

Hərbçimiz su kanalında boğuldu

Prezident onlara Dövlət Mükafatları verdi - SƏRƏNCAM

“Xocalı” gəmisi istismara verildi - Video

Paşinyanı devirmək planı AKTİVLƏŞDİRİLDİ – Ermənistan yenidən xaosa SÜRÜKLƏNİR?

Məhkəmə Vardanyanla bağlı QƏRAR VERDİ

İlham Əliyev və xanımı “Crescent Mall”ın açılışında

Deputat müharibə veteranları ilə bağlı xahiş etdi: 80 manat artırılsın!

Rayonlarda 700-800 manatlıq iş yerləri açılmalıdır - Deputatdan TƏKLİF

Belçika Azərbaycana yeni səfir təyin edib

Təhsil nazirinə yeni müavini TƏYİN EDİLDİ

Yusif Qədimbəyli: Müstəqillik tariximizdə müstəsna rola malik gün

İrəvanda gərginlik: saxlanılanlar 100-ü keçdi - YENİLƏNİB

Bütün xəbərlər