{category-title}

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ölkəmizdə azyaşlı uşaqlar arasında rəqs etməyə maraq artıb. Uşaqlar bəzən valideynlərin təkidi, bəzənsə özlərinin təşəbbüsü ilə rəqs dərslərinə yazılırlar. Valideynlər azyaşlı övladlarını rəqs dərslərinə qoyur, onların rəqs videolarını sosial şəbəkələrdə paylaşırlar.

Azərbaycanda rəqsin tarixi çox qədim dövrlərə gedib çıxır. Özündə qədim və zəngin tarixi nüansları daşıyan rəqslər mədəniyyətimizin, adət-ənənələrimizin bir parçası olub. Tarixən qadın və kişilər fərqli hərəkətlərdən istifadə edərək rəqs mədəniyyətini bu günlərədək gətirib.

Ancaq son dövrlərdə sosial mediada paylaşılan rəqs videoları bir çox insanların etirazlarına səbəb olur. Xüsusilə azyaşlı uşaqların rəqsləri ictimaiyyət tərəfindən geniş müzakirə olunur. Müzakirə doğuran məqamlardan biri də ondan ibarətdir ki, oğlanlar qadınlara məxsus tərzdə rəqs edir, müxtəlif bədən hərəkətləri ilə özlərini qadınlara oxşadırlar. Qızlar isə əksinə...

Qeyd edək ki, bir neçə gün əvvəl efirlərin birində də sözügedən məsələ ilə bağlı qalmaqal yaşanıb. Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB) Elza Seyidcahan efirdə kiçik yaşlı qızın “Tərəkəmə” rəqsini oğlan kimi oynamasına qəzəblənib. Müğənni qızların oğlan, oğlanların isə qız kimi rəqs etməsini “faciə” adlandırıb: “Bu çərxi-fələk tərsinə dövran edir. İndi qızlar oğlan, oğlanlar qız olur. Bu "Tərəkəmə" rəqsini Xalq artisti, rəqqasə Roza Cəlilova belə oynayırdı? Bunu sənə kim öyrədib? Sən oğlansan? Oğlanlar indi oriyental rəqs edirlər".

Xalqımızın milli adət-ənənələrində, folklorunda önəmli yer tutan rəqs mədəniyyətinin bu formaya salınmasının və belə təbliğ olunmasının səbəbləri nələrdir?

"Rəqs müəllimləri ilə bağlı təhlil aparılmalıdır"

Mövzu ilə bağlı Modern.az-a danışan yazıçı-kulturoloq Aydın Xan Əbilov deyir ki, rəqslərimizlə bağlı problemlər bu günün deyil, çoxdan başlamış bir prosesdir:

“Rəqs Azərbaycan incəsənətinin üzdə olan daha çox toylarda nümayişi ilə get-gedə rəngarəng formalar alan rəqs sənətidir. Oğlan və qız uşaqlarının rəqs edən zaman mədəniyyətimizə yad olan hərəkətlər etməsi pislənməlidir. İstər toylarda, istərsə də sosial şəbəkəkələrdə nümayiş etdirilən müxtəlif rəqs müəllimləri ilə bağlı təhlil aparılmalıdır. Gözümüz qabağında narkotik istifadəçilərinin hərəkətlərini rəqsə gətiririlər. Nə vaxt görünüb ki, oğruların hərəkləri rəqsə gətirilsin? Bunlar nə qədər düzgündür? Bu bizim uşaqların gözü qabağında bizim əzizlərimizin məclislərində, toylarında olur.  Artıq peşəkər rəqqaslarda belə hərəkləri öz yaradıcılıqlarında təkrarlayırlar".
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

"Fikirləşirlər ki, hansısa tanınmış cins azlığın nümayəndəsi yaxşı pul qazanırsa, maşını varsa, niyə mən də belə olmayım?"

Kulturoloq bununla əlaqədar olaraq bütün cəmiyyətin etiraz bildirməli olduğunu vurğulayıb.

"Hər şey musiqidən, rəqsdən, filmdən  başlayır. Bunu təbliğ edənlər məsuliyyətə cəlb olunmalıdırlar. Toylarda qız kimi oynayan, göbək rəqsi edən oğlanlara, oğlan hərəkəti edən qızlara etiraz bildirmək lazımdır. 
Axı, bunlar bizim övladlarımızdır? Onlar cəmiyyətin gələcəkləridirlər. Rəqs çox sağlam həyat tərzinə aid olan kreativ incəsənət növüdür. Azərbaycan toylarında gənclərimizin rəqs etməsini biz alqışlayırıq.  Amma bizə yad olan, mental dəyərlərimizn elementlərini vacib komponetlərinin özündə əks etdirməyən rəqslər nəyə lazımdır? Bəli, gənclər dünyanın müxtəlif xalqlarının rəqslərini ifa edə bilərlər.  Bizim gənclər braziliya, ərəb rəqsləri oynayırlar. Hətta Əfqanıstanda qıza bənzər rəqs edən oğlan uşaqlarının hərəkətlərinin də görə bilərik. Amma bu nə qədər düzgündür?! Elə xalqlar var ki, Afrika xalqları, qonşu İranda fars dilli bir çox xalqların kişilərinin rəqslərində qadın rəqs elementləri var. Görünür, bunları Azərbaycana da gətirmək istəyən şəxslər var. Bu bizim yumoristik verilişlərdə qadın paltarı geyinən aktyorlardan qaynaqlanır. Sosial şəbəkələrdə qadın patları geyinərək rəqs edirlər. Uşaqlar da onlara baxır. Fikirləşirlər ki, hansısa tanınmış cins azlığın nümayəndəsi yaxşı pul qazanırsa,  maşını varsa, niyə mən də belə olmayım? Çox böyük problemdir. Problemlə bağlı dövlət qurumları, ictimaiət, media bu hərəkətlər qarşı çox ciddi mübarizə aparmalıdırlar”, - Aydın Xan Əbilov deyir.

"Hüquq-mühafizə orqanları bunun qarşısını almalıdırlar"
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Sosioloq Mail Yaqub isə bunun məqsədli şəkildə həyata keçirilən plan olduğunu düşünür.

“Dünya əhalisin artması, yaratdığı problemlərin fonunda bu kimi fəsadları məqsədli şəkildə yayırlar. Bunun yaymaqda məqsəd dünya əhalisinin sayını azaltmaqdır. Mən bunu fəsad adlandırıram. Amma  təəssüf ki, buna rəvac verən insanlar var. Bu kimi murdar  əməlləri kim yayır? Oğlanların qızlaşması prosesi dəhşətlidir. 
Bu bizim mənəviyyatımıza ziddir. Mütləq hüquq-mühafizə orqanları bunun qarşısını almalıdırlar. İndidən uşaqların beyninə yeridirlər. O uşaqda elə formalaşır. Gələcəkdə onun necə olacağı da məlum məsələdir",

Son xəbərlər

İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb

Gəncədə hamamda qaz partlayıb, qadın yanıb

Bakıdan Təl-Əviv və Tehrana uçuşlar DAYANDIRILDI

Ərdoğan və Pezeşkian telefonla danışıb, Türkiyənin vasitəçiliyi müzakirə olunub

Pezeşkian: İran nüvə silahının hazırlanmasına qarşıdır

Husilər İsrailə ballistik raketlə hücuma cəhd ediblər

Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamlar açıqlanıb

Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verib, təchizat 4 günlük kəsiləcək

KİV: İran Təl-Əviv və Hayfaya hipersəs raketləri ilə zərbələr endirib

Pezeşkian: İran xalqı İsrailə qarşı müharibə başlatmayıb və bunu istəməyib

İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Azərbaycanda Milli Qurtuluş Günüdür

İsrail müdafiə naziri: Tehran "yanacaq"

Maliyyə Nazirliyində yeni təyinat olub

Netanyahunun ofisi: İsrail İrandakı əməliyyatını genişləndirir

İsrail İranın Mehrabad hava limanında qırıcı təyyarə anqarına zərbə endirib

MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları

Ötən gün dələduzluqla bağlı axtarışda olan 13 nəfər tutulub

Şirvanda 10 nömrəli məktəbdə “Son zəng” və unudulmaz görüş: 50 il əvvəlki məzunlar məktəblərinə qayıtdı

İran XİN: ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb

Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq

Baş katib: "OPEС Yaxın Şərqdəki gərginliklə əlaqədar neft bazarında əlavə tədbirlərə ehtiyac görmür"

İran Natanz nüvə kompleksində radiasiya sızıntısı barədə məlumat yayıb

Üç şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib

Bütün xəbərlər