{category-title}

Qayda pozan sürücüləri hansı cəzalar gözləyir? - Detallar

Məlum olduğu kimi, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı məlumat yayıb.

Məlumata əsasən, qaydalara riayət etməyənləri aşağıdakı cərimə və cəzalar gözləyir:

Qanunsuz parklanma xidməti göstərənlər həbs olunacaqlar

Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilib.

Belə ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Həmçinin ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat cərimə müəyyən edilib.

Qeyd edilib ki, ötən ilin avqust ayından parklanma məntəqələri və yerlərinin təşkili üzrə işlərin icrasına başlanılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanmanın proqram təminatı və SMS vasitəsilə idarə edilməsi, həmçinin fərdi parklanma talonlarının tam elektron şəkildə verilməsi məqsədilə sistem istifadəyə verilib.

Avtobus və velosiped zolağına daxil olanlar 100 manat cərimələnəcək

Belə ki, bu inzibati xətaların hər biri 100 manat məbləğində cərimə və  əlavə olaraq 2 balla qiymətləndirilir.

Qeyd edilib ki, avtobuslar üçün nəzərdə tutulan hərəkət zolağından və velosiped yolundan digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsi ilə əlaqədar sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır.

Avtomobillərin avtobus dayanacaqlarında saxlamasına görə bal tətbiq olunacaq

Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası və ya ictimai nəqliyyatın dayanacaq yeri yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması ilə əlaqədar 2 bal tətbiq olunur.

Həmçinin piyada təhlükəsizliyi və rahatlığının artırılması, mikromobillik vasitələrinin maneəsiz hərəkətininin təmin edilməsi məqsədilə ilk dəfə olaraq nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir. 

Yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgələrində dayanan avtomobillər cərimələnəcək

Nəqliyyat sıxlığının azaldılması məqsədilə nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə cərimə nəzərdə tutulub. Cərimənin məbləği 80 manat müəyyən edilib.  Bundan əlavə, həmin səbəbə görə cərimədən əlavə 2 bal inzibati tənbeh tədbiri də müəyyən edilir.

Eyni zamanda, sürücü tərəfindən parklanma üsulunun pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandıqda 20 manat məbləğində cərimə nəzərdə tutulub.

Son xəbərlər

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq qurur – ölkə liderlərindən dünyaya mesajlar - ŞƏRH

İstanbulda zəlzələ nəticəsində 150-dən çox insan xəsarət alıb

İmişlinin 24 yaşayış məntəqəsində sabah qaz olmayacaq

Elektron xəstəlik vərəqini qeyri-iş günlərində də almaq mümkün olacaq

Keniya Prezidenti: "Bir kəmər, bir yol" çərçivəsində Çinin mühüm tərəfdaşı ola bilərik”

Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

İlham Əliyev Çin Sədrini Azərbaycana səfərə dəvət edib

Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur

Qubada avtomobil aşıb, ölən və xəsarət alanlar var

Avropa çempionatı: Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq

ABŞ-də terror ittihamı ilə saxlanılma halları artıb

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Nazirin müşavirindən Qırğızıstanda ifa

Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub

Kraliça xəstəxanaya yerləşdirilib

Sahibə Qafarovadan deputata irad: "Siz nə danışırsınız?"

AK: Dünya ölkələri Avropa ilə işləmək üçün sıraya düzülür

MM mediatorun intizam məsuliyyətinin artırılması ilə bağlı dəyişikliyi son oxunuşda qəbul edib

Milli Məclisdə elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı pilot layihələrə başlanılması təklif edilib

Pakistanın Baş naziri bu gün Ankarada Türkiyə Prezidenti ilə görüşəcək

Hesablama Palatası Milli Məclisdə hesabat verir

Bir neçə kollecə təyinat olub

Lənkəran, Masallı və Bakının bəzi ərazilərində işıq olmayacaq

Bütün xəbərlər