{category-title}

Baş Prokurorluq o video ilə bağlı rəsmi xəbərdarlıq etdi

Baş Prokurorluq media qurumuna xəbərdarlıq edib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda qeyd olunub ki, qanunvericiliyə əsasən vətəndaşların ailə və şəxsi həyatına aid sirr olan məlumatların, istintaq sirrinin, zorakılıq və qəddarlığı təbliğ edən və ya cinayət əməllərinə haqq qazandıran məlumatların yayılması yolverilməzdir:

“Təəssüflə bildiririk ki, iyulun 24-də “oxu.az” xəbər saytı tərəfindən qanunvericiliyin tələbləri pozularaq Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işi üzrə istintaq sirrini təşkil edən, zərərçəkmiş şəxs Ayşən Kazımovaya aid şəxsi və ailə sirrini açıqlayan, habelə iş üzrə digər halları əks etdirən, qanunvericiliklə yayılması qadağan edilən məlumatların yer aldığı videogörüntü ictimailəşdirilmişdir.

Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.

Baş Prokurorluq tərəfindən “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən “oxu.az” xəbər portalına paylaşılan həmin videogörüntülərlə bağlı rəsmi xəbərdarlıq edilmişdir.

Odur ki, media subyektlərindən cinayət işləri üzrə məlumatlar ictimailəşdirilən zaman həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumla dəqiqləşdirmə aparmadan məlumatların yayılmasından çəkinməyi xahiş edirik”.

Son xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Vilayət Eyvazov vacib tapşırıqlar verdi - Video

Küləklə bağlı daha bir xəbərdarlıq

Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib

Naxçıvanda erkən nikahın qarşısı alındı

"3+3" formatı - regional müzakirələr meydanı, əməkdaşlığa doğru addımlar - ŞƏRH

Bakıda torpaq SÜRÜŞMƏSİ

Ermənistan BCM üzvü kimi öhdəliyini yerinə yetirməli, Gəncə terrorunu araşdırmalıdır - ANALİZ

Bakıda hansı bələdiyyələrin birləşdiriləcəyi məlum olub - SİYAHI

Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış oldu - Yenilənir

Bakıda su üzərindən yol çəkilir - Video

Tovuzda şərab zavodu yanır - Foto - Yenilənir

SARA TV-nin təsisçisi dünyasını dəyişdi

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Füzuli Şəhəri Günüdür

Növbəti Gəncə terrorundan 4 il ötür

"Greencard Azerbaijan"ın direktoru hakim qarşısına çıxarıldı

Qeyri-etik paylaşımlar edən tiktoker həbs edildi - Foto

Casusluğu sübuta yetirildi - 16 il cəza aldı

“Budyo Qlimt” - “Qarabağ” matçının biletləri satışda

“Durov və Sebanın həbsi insan haqlarının pozuntusudur”

Beytulla Hüseynovun qızı 7 il sonra - Əmlakları geri istəyir

Lisey əməkdaşları qəzaya düşdü - 5 yaralı

Bütün xəbərlər