{category-title}

Beytulla Hüseynovun qızı 7 il sonra - Əmlakları geri istəyir

“Rabitə işi” ilə bağlı məhkum edilmiş “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun qızı yeddi il sonra əmlaklarının müsadirə edilməsindən şikayət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, maraqlı şəxs kimi işə qoşulan Günay Seyidli atasının cinayəti ilə əlaqədar ailə üzvlərinin adına olan əmlakların müsadirə edilməsinə etiraz edib.

Şikayət onunla əsaslandırılıb ki, dəymiş ziyanın əvəzi olaraq dövlət nəfinə alınmış əmlaklar Beytulla Hüseynovun işlədiyi-cinayət baş verən dövrdən əvvəl alınıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri maraqlı tərəfin, onun müdafiəçisinin və prokurorun çıxışlarını dinlədikdən sonra şikayəti qəbuledilməz hesab edib. Məhkəmə belə qənaətə gəlib ki, müsadirə edilmiş əmlakların satılıb ziyanın ödənilməsinə sərf edilməsi tamamilə qanunu və əsaslıdır.

Qeyd edək ki, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (ləğv edilib-red) keçmiş aparat rəhbəri Vidadi Zeynalov və digərləri 2017-ci ildə külli miqdarda yeyintiyə görə məhkum ediliblər. Dəymiş ziyana görə, onların özlərinin və ailə üzvlərinin adlarına rəsmiləşdirilmiş çoxsaylı əmlakları müsadirə edilib. “Rabitə işi” kimi yadda qalan cinayətlə bağlı 7 il 6 ay azadlıqdan məhrum edilmiş B.Hüseynov 2 il sonra əfv edilib. Eyni ildə son olaraq 4 il müddətinə məhkum edilmiş V.Zeynalov cəzasının yarıdan çoxunu çəkdiyi üçün vaxtından tez azadlığa buraxılıb.

Son xəbərlər

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-Yenilənib

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Ərbildə 20-dən çox PUA vurulub

Aprel ayına olan hava proqnozu açıqlanıb

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Şər-böhtan yox, fakt və vicdan danışmalıdır

"Mehr": ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi

Bütün xəbərlər