{category-title}

ABŞ-ın Milli Park Xidməti təqviminin üz səhifəsində Azərbaycanın milli rəqs şəkili yerləşdirilib

 

ABŞ-ın Milli Park Xidməti Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan Məktəbinin tələbələrinin milli rəqsini öz aylıq təqviminin üz səhifəsində yerləşdirib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin bayrağı fonunda həmin rəqsin şəkli Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədar Vaşinqtonda keçirilmiş şənliklər çərçivəsində Azərbaycan Məktəbi tələbələrinin Linkoln Memorialın qarşısında milli rəqsləri nümayiş etdirərkən bu ilin iyunun 8-də çəkilib.

Milli Park Xidməti belə təqvimlər vasitəsilə parklarda incəsənət və əyləncəli tədbirlər barədə geniş ictimaiyyətə və səfər edən turistlərə məlumat yayır. Azərbaycan Məktəbi tələbələrinin şəkli avqust ayı üzrə tədbirlər təqvimində yer alıb.

Xatırladaq ki, Milli Park Xidməti ABŞ-da ətraf mühiti, təbii resursları və mədəni irsi qorumağa məsul Daxili Məsələlər Departamentinə tabedir.

Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevral ayında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə bu qurumun nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə Azərbaycan dili və mədəniyyəti dərsləri keçirilir, rəqslər öyrədilir və milli bayramları birlikdə qeyd etmək imkanı yaradılır. Bundan başqa, məktəbin tələbələri müxtəlif mədəni tədbirlərdə çıxış etməklə Azərbaycan mədəniyyətini nümayiş etdirir.

 

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər