{category-title}

Gündəm / Cəmiyyət
29.07.2026, 12:32
Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Ukrayna Rusiyanın Perm şəhərində ölkənin ən böyük neft emalı zavodlarından birində genişmiqyaslı yanğın baş verdiyini bəyan edib.
Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.
Məlumata görə, yanğın Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan "LUKOYL-Permnefteorqsintez" müəssisəsində baş verib.
Qeyd olunub ki, yanğın müəssisənin ərazisinə endirilən zərbədən sonra başlayıb.
"LUKOYL-Permnefteorqsintez" neftin emalı və geniş çeşiddə neft məhsullarının istehsalı üzrə ixtisaslaşıb.
