{category-title}
Gündəm / Dünya
26.07.2024, 10:20
ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh müqaviləsini imzalamağın vaxtı çatıb
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb. Müqavilə Cənubi Qafqazın iqtisadi potensialını üzə çıxarmağa imkan verəcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, Cənubi Qafqazın sosial və iqtisadi potensialını üzə çıxaracaq sülh sazişinin imzalanmasının vaxtı gəlib çatıb”.