{category-title}

“Xalq bank” vətəndaşı intihar həddinə çatdırıb... - GİLEY

 Rövşən Cavad oğlu İsmayılov “Xalq bank”ın qanunsuzluqlarına etiraz olaraq intihar edəcəyini deyir.

“Yeni Müsavat”a müraciət edən vətəndaş bildirir ki, 2013-cü ildə biznesinin inkişafı üçün “Xalq bank”dan 40 min manat ipoteka yolu ilə kredit götürüb: “Banka qrafik üzrə 8 min 570 manat ödədim. Biznesimin inkişafı devalvasiya dövrünə düşdü, müflis oldum. ”Xalq bank" həmin dövrdə Nərimanov Rayon Məhkəməsinə müraciət etdi. Bankın iddiasına hakim Raqib Qurbanovun sədrliyi ilə baxıldı. Məhkəmə qərarını qohumlarımın köməkliyi nəticəsində icra edə bildim. 38 min 806 manat 5 qəpik “Xalq bank”a olan borcumu Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru Elgiz Abduləzim oğlu Qəmbərova ödədim. İcra məmuru pulu bankın kassasına tam şəkildə ödədi, bizə bu haqda qəbz verdi. 10-15 gün keçdikdən kreditin təminatı olan evimizin çıxarışını da qaytarıb verdilər. Bank pulun ödəndiyini evin çıxarışını girovdan azad edib qaytarmaqla təsdiq etmiş oldu".

Vətəndaş deyir ki, bundan sonra bank yenidən eyni məbləği ondan almaq üçün hərəkətə keçib: “Baş verənlər mənim səhhətimə olduqca ağır təsir edib. Ailəliyəm, 2 övladım var, ürək-damar xəstəliyindən əziyyət çəkən insanam. Ailənin yeganə qazanc mənbəyi biznesim idi. Müflis oldum, ailəm ağır duruma düşdü. Bu tərəfdən də ”Xalq bank" eyni məbləği məndən 2-ci dəfə almağa çalışır, təmizlik kağızını vermir. Hakim Raqib Qurbanov isə öz növbəsində çıxardığı qərarı ləğv edib, mənim həyatımı alt-üst edib. Bu günə qədər bir çox instansiyalara müraciət etmişəm. “Xalq bank”ın özbaşınalığı, mənə qanunsuz şəkildə əzab-əziyyət verməsi heç də yaxşı bitməyəcək. Bu günə qədər bankların qanunsuz iddialarına görə bir neçə insanlar həyatına son qoyub, bunlardan biridə mən ola bilərəm. Xahiş edirəm ki, “Xalq bank”ın mənə qarşı qanunsuzluqlarına qarşı tədbirlər görülsün".

Vətəndaş redaksiyamıza təqdim etdiyi məhkəmə qərarları ilə də təsdiqlənir ki, o, banka borcunu qaytarıb. Belə bir halda bankı hansı əsasla vətəndaşdan eyni borcu 2-ci dəfə tələb etməsi anlaşılmır.

“Xalq bank” rəsmilərinin mövqeyini dərc etməyə hazırıq.
 

Son xəbərlər

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Ukrayna PUA-ları Yaroslavl vilayətində Rusiyanın ən iri neft emalı zavodlarından birini hədəf alıb

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

“Qızıl top”a əsas namizədlər bəlli olub

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Bütün xəbərlər