{category-title}

İdman
6.08.2026, 14:39
UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

"Qarabağ"ı UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Polşada "Dinamo"ya (Kiyev, Ukrayna) qarşı keçirəcəyi matçda 300-dən çox azarkeş dəstəkləyəcək.
Bu barədə Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat yayıb.
O, qonaq azarkeşlər tərəfindən 330 bilet alındığını bildirib.
"Dinamo" - "Qarabağ" matçı bu gün, saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
