{category-title}

ADAU rəqib tanımır

 

 

Ölkədə ərzaq probleminin həllində önəmli rola malik olan kənd təsərrüfatının elmi əsaslarla inkişafında həmişə mühüm rolu olmuş ADAU son illər tamamilə yenidən qurulur. Məlumdur ki, pandemiya ilə əlaqədar mart ayının əvvəlindən ölkədə əyani tədris prosesi dayandırıldı, dərslər onlayn formata keçdi. Müşahidə aparsaq görərik ki, Koronavirus infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində aparılan tədbirlərin davamı olaraq tədris prosesinin dayandırılması ilə bağlı qərardan sonra Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tələbələr üçün məsafədən tədris imkanlarını genişləndirən ilk ali təhsil müəssisəsi olub. Tələbələrin təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə tədris prosesi məsafədən, o cümlədən ADAU TV internet televiziyası vasitəsilə təşkil olunur. İndiyədək ADAU-nun professor və müəllim heyəti tərəfindən tələbələrə 150-dən çox onlayn dərs keçirilib.
2019-cu ilin sentyabr ayından istifadəyə verilən ADAU TV internet televiziyası ən müasir avandalıqlarla təchiz olunduğundan yayımın keyfiyyəti də yüksək səviyyədədir. “Facebook” üzərindən canlı yayımlanan dərslər sonradan ADAU TV-nin “Youtube” portalındakı səhifəsində yerləşdirilir ki, bu da dərslərin təkrar dinlənilməsinə və universitetin təkmil videodərs bazasının formalaşmasına şərait yaradır.
Dərslərin ADAU TV internet televiziyası vasitəsilə keçirilməsinin özəlliyi ondadır ki, tələbələrlə yanaşı, bu sahə ilə maraqlanan digər şəxslərin də onlayn dərsləri izləməsinə imkan verir. Bu da tədris prosesinin əmək bazarının tələbləri baxımından qiymətləndirilməsinə böyük imkanlar yaradır, şərhlər bölməsində yazılan təkliflər nəzərə alınır.
Bununla yanaşı, universitetdə təhsil proqramlarının məsafədən mənimsənilməsini təmin etmək üçün tədris materialları tələbələrə elektron formada çatdırılır, fənlərdən və tələbələrin istəyindən asılı olaraq müxtəlif üsullardan, o cümlədən “Skype”, “WhatsApp”, “Zoom”, “Hangouts” proqramlarından istifadə olunur.
Diqqət yetirsək görərik ki, onlayn mühazirələrə baxış sayı kifayət qədər yüksəkdir. Belə ki, bir onlayn dərsi orta hesabla 1000-3000 tələbə izləyir. Universitetdən bildirdilər ki, onlayn dərslər karantin müddəti başa çatanadək davam edəcək.
Şəffaf və dünyəvi tədris prosesinə nail olmaq, bazarın tələbatına uyğun müasir düşüncə tərzinə malik, xarici dillərdən birini mükəmməl bilən, kompyuter bilikləri olan Azərbaycan vətəndaşı və aqrar mütəxəssis yetişdirməyi hədəf seçən universitet bu nöqteyi nəzərdən dünyanın müxtəlif universitetləri ilə əmədaşlıq edir, hər il onlarla tələbələri Erasmus proqramı çərçivəsində Avropanın və Türkiyənin universitetlərində təhsil alır, müxtəlif proqramlar çərçivəsində alimlər universitetə dəvət olunur, mühazirələr oxuyur, praktiki dərslər keçirlər.
Universitetin rəhbər heyəti fakültələrdə tələbələrlə mütəmadi olaraq görüşür, onların rəy və təklifləri dinləyir ki, bu da tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətinin qiymətləndirilməsində və daha səmərəli qərarların qəbul olunmasında mühüm rol oynayır. Bu tədbirlərlə yanaşı, rektorun göstərişi ilə fakültələrdə “Rektora məktub” qutuları qoyulub. Tələbələr, eləcə də müəllimlər və digər əməkdaşlar öz rəy və təkliflərini bu qutular vasitəsilə də rektora ünvanlaya bilərlər.
ADAU-da yaradılan şəraitə, tələbələrin hər şəraitli yataqxana ilə təminatına digər ali təhsil ocaqlarının tələbələri qibtə edirlər. Bununla yanaşı sosial məsələlərin həlli, müəllim-tələbə münasibətinin səmimiliyi, şəffaflıq, həyata keçirilən islahatlar bu gün tələbənin təhsil və tədqiqat imkanlarını çox genişləndirib. Dövlətin dəstəyi ilə həyata keçirilən böyük layihələr əslində aqrar kadr hazırlığına ən samballı töhfədir.
Universitet həmişə cənab Prezident İlham Əliyevin dəstəyini, diqqətini üzərində hiss edib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edıb, yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar. Bu, cənab Prezidentin son 4 ildə Universitetə 3-cü gəlişi idi.
Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, dövlət əsaslı vəsait qoyuluşu - investisiya xərcləri hesabına tikilmiş yeni tədris korpusunda müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların səmərəli aparılması üçün hər cür şərait yaradılıb. Professor-müəllim heyətinin və tələbələrin ixtiyarına ən yeni əyani vasitələr və avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar verilib. Binada bütün zəruri infrastruktur qurulub. İnzibati xidmət və digər yardımçı otaqlar yaradılıb. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alacaq.
Bildirilib ki, yeni tədris korpusunda aqronomluq, zootexniklik istiqaməti, ictimai elmlər və multikulturalizm kafedraları, interaktiv təlim-tədris otaqları fəaliyyət göstərəcək. Bu korpusun istifadəyə verilməsi bir də ona görə əlamətdardır ki, burada əlavə 93 nəfər üçün yeni iş yeri açılacaq.
Azərbaycan Dövlət Aqrar Universiteti Əsas Binası, Aqrar İqtisadiyyat, Aqrotexnologiya, Mühəndislik, Aqronomluq, Baytarlıq təbabəti və Zoomühəndislik fakultələrindən ibarətdir. Həmin tədris korpuslarında kənd təsərrüfatının bütün sahələrinə aid müasir laboratoriya, tədqiqat mərkəzləri qurulub, auditoriya və tədris otaqları yaradılıb, laboratoriyalar müasir avadanlıq və cihazlarla təchiz edilib. Tələbələrin nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarının da artırılması üçün universitetdə müasir heyvandarlıq və istixana kompleksi, atçılıq, quşçuluq, arıçılıq mərkəzləri, bildirçin və balıqyetişdirmə təsərrüfatları, bitki və heyvan klinikaları yaradılıb. Universitetin müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları – traktor, kombayn və digər qoşqu vasitələri ilə təchiz edilmiş müasir maşın parkı tələbələrin istifadəsinə verilib. Azərbaycan Dövlət Aqrar Universitetində hər biri 500 nəfərlik yataq yeri olan iki yataqxana korpusu fəaliyyət göstərir. Bunlarla yanaşı, universitetin müasir laboratoriya və tədris otaqları, müxtəlif ölkələrin aqrar ixtisaslı universitetlərinin kitabxanalarına çıxışı olan elektron kitabxanası var. Müasir kənd təsərrüfatı texnikası və avadanlıqları ilə təchiz olunması tədris prosesinin yüksək keyfiyyətini təmin edir. Universitetin beynəlxalq əlaqələrinin inkişafı nəticəsində tələbələr dünyanın bir sıra aqrar universitetlərində təhsillərini və tədqiqatlarını davam etdirə bilirlər.
Aqrar sektorun ali təhsilli kadrlara olan ehtiyacını təmin etmək üçün bu universitetə göstərilən hərtərəfli dövlət dəstəyi Azərbaycan Dövlət Aqrar Universitetini hazırda nəinki respublikamızın, eləcə də Qafqaz regionunun, MDB və Şərqi Avropa ölkələrinin bu profil üzrə fəaliyyət göstərən ən mükəmməl elm-təhsil komplekslərindən birinə çevirib. İnamla deyə bilərəm ki, nailiyyətləri, uğurları, tələbələrə yaratdıqları şəraitə görə ADAU rəqib tanımır.

Xəlil Xəlilov,
Azadmedia.az saytının Baş redaktoru

ADAU rəqib tanımır
ADAU rəqib tanımır
ADAU rəqib tanımır
ADAU rəqib tanımır
ADAU rəqib tanımır

Son xəbərlər

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Bütün xəbərlər