Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədrisin yüksək səviyyədə aparılması və cəmiyyətimiz üçün savadlı kadrların yetişdirilməsi məqsədilə son vaxtlar mühüm işlər görülüb.
Kollecin direktoru Xəlil Orucov  bildirib ki, təhsil ocağının maddi-texniki bazasının gücləndirilməsi üçün son bir ildə xeyli iş görülüb, daxili imkanlar hesabına təmir-bərpa və yenidənqurma işləri aparılıb. Kollecin sinif otaqları, fənn kabinetləri, su-kanalizasiya sistemi, idman zalı, yeməkxana və kitabxanası təmir olunub, yeni plastik pəncərələr quraşdırılıb. Təhsil ocağına yeni avadanlıq və kompüterlər gətirilib. Kollecdə 30 mindən artıq kitab fondu olan böyük kitabxana yaradılıb. Elektron kitabxana vasitəsilə istənilən şəxs kollecin kitab fondundan yararlana bilir. 
Kollec artıq çoxprofilli tədris müəssisəsinə çevrilib. On bir ixtisas üzrə 1100-dən çox tələbənin təhsil aldığı təhsil ocağında 120-ə yaxın müəllim çalışır. Tələbələr yalnız təhsil prosesində deyil, həm də kollecin ictimai həyatında da öz fəallıqları ilə seçilirlər. Ölkənin orta ixtisas məktəbləri arasında ilk dəfə olaraq bu təhsil ocağında yaradılan tələbə parlamenti tədris prosesində yüksək keyfiyyət göstəricilərinə nail olmaq üçün iş aparır. Tez-tez kollecin idarə olunması rəmzi olaraq tələbə parlamentinin üzvlərinə həvalə olunur ki, bu da tələbələrin müstəqil idarəetmə bacarığını formalaşdırır. Kollecdə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, onların təhsilə marağının artırılması sahəsində vacib iş görür.
Hazırda təhsil müəssisəsində kompüter sinifləri mövcuddur və informatika dərslərində tələbələr 30-a yaxın kompyuterdən əyani vəsait kimi geniş istifadə edirlər. Bundan əlavə, tələbələr günün ikinci yarısında kompüter proqramları üzrə təşkil edilən məşğələlərdə iştirak edirlər. Təhsil müəssisəsinin internetə qoşulmuş kompüter mərkəzi vasitəsilə xarici ölkələrin ali və orta ixtisas məktəbləri ilə müntəzəm əlaqə saxlanılır, onların tədris proqramları öyrənilir və tətbiq olunur. Kollecdə qış imtahan sessiyası artıq başa çatıb. Kollecdə tələbələrin biliyi 100 ballıq sistemlə qiymətləndirilib. 

 

PressXeber.info

Son xəbərlər

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bütün xəbərlər