{category-title}

Dünya
29.06.2026, 13:38
Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Ukraynanın Dnepr şəhəri iyunun 29-u gündüz saatlarında ballistik raket hücumuna məruz qalıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, zərbələr nəticəsində 4 nəfər mülki şəxs həlak olub.
Raket zərbəsi nəticəsində 10 nəfərin yaralandığı bildirilir.
