{category-title}

Dünya
31.08.2026, 14:39
Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

Ukrayna Müdafiə Qüvvələri Rusiya qüvvələrinə məxsus radiolokasiya stansiyasını, "Triumf" S-400 zenit-raket kompleksinin (ZRK) komanda-qərargah maşınını, rabitə qovşağını, pilotsuz uçuş aparatlarını idarəetmə məntəqəsini və maddi-texniki təchizat anbarlarını vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, zərbələr ötən gün ərzində və avqustun 31-nə keçən gecə endirilib.
Xüsusilə Rusiyanın Bryansk vilayətinin Desnyansk rayonunda radiolokasiya stansiyası, vilayətin Ploskobukreyevka rayonunda isə S-400 ZRK-nin komanda-qərargah maşını vurulub.
Bundan başqa, Rusiya qüvvələri bölməsinin Belqorod vilayətinin Zimovnoye ərazisindəki rabitə qovşağı və Zaporojye vilayətinin Qulyaypole ərazisindəki PUA idarəetmə məntəqəsi vurulub.
Həmçinin Krımın müvəqqəti işğal olunmuş Kir-Baylar, Luqansk vilayətinin Verxnekamenka və Rusiyanın Kursk vilayətinin Popovo-Lejaçi ərazilərində maddi-texniki təchizat anbarları vurulub.
Dəyən ziyanın miqyası müəyyənləşdirilir.
