{category-title}

Gündəm / Dünya
29.08.2026, 12:39
Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var

Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə hücum edib.
Nəticədə 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilib.
Krım yarımadasında yerləşən Sevastopol şəhərinə dron hücumunda isə bir nəfər ölüb və 3 nəfər yaralanıb.
Ötən sutka ərzində, Belqoroda ümumilikdə 86 hücum qeydə alınıb.
