{category-title}

İdman
31.08.2026, 09:45
Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq

Misli Premyer Liqasında III tura bu gün yekun vurulacaq.
Son oyun günündə iki qarşılaşma baş tutacaq.
"Araz-Naxçıvan" Qəbələ şəhər stadionunda "Sabah"la üz-üzə gələcək. Naxçıvan təmsilçisi 1 xalla 11-ci, "Sabah" isə 3 xalla 6-cı pillədə qərarlaşıb.
Tura Sumqayıt şəhər stadionunda baş tutacaq "Sumqayıt" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Qarabağ" 3 xalla turnir cədvəlində 5-ci, xalı olmayan "Sumqayıt" sonuncu - 12-cidir.
Misli Premyer Liqası
I dövrə, III tur
31 avqust
18:00. "Araz-Naxçıvan" – "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Qəbələ şəhər stadionu
20:15. "Sumqayıt" – "Qarabağ"
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"SOCAR Polymer Arena"
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb.
