{category-title}

 

Şərəf və məsuliyyət!

 

Dəyərli dostlar, Azərbaycan dövləti qeyri neft sektoru olaraq aqrar sahənin inkişafına böyük diqqət yetirir, nəticədə son illər kənd təsərrüfatı sisteminin idarə edilməsində və məhsul istehsalında ciddi dönüş yaranmışdır. Ölkədə aqrar sahənin inkişafı ilə yanaşı aqrar tədris və aqrar elm də sürətli dönüşə nail olmuşdur. Uğurlar Azərbaycan Dövlət Aqrar Universitetindən də yan keçməmişdir. Son illər mahiyyət etibarı ilə keyfiyyət dəyişikliklərinə nail olan universitet daim yeganə aqrar kadr hazırlığı bazası kimi möhtərəm cənab Prezidentin ali diqqətindədir. Məhz dövlət dəstəyi nəticəsində universitetin bütün tədris korpusları Azərbaycan standartlarına uyğun yenidən qurulmuş, maddi-texniki baza möhkəmlənmiş, müasir laboratoriyalar şəbəkəsi yaradılmışdır. Ali təhsil sistemində ilk 2 tələbə evi layihəsi bizdə reallaşmış, cənab Prezident 2016 və 2017 -ci illərdə Çəncə şəhərinə səfəri çərçivəsində tələbə evlərinin açılışını etmişdir. Yeni tədris korpusuna ehtiyacımız haqqında da xahişimiz 2017 -ci ildə olmuş və artıq 24 iyun 2020-ci ildə möhtərəm cənab Prezident və xanım Mehriban Əliyeva yeni tədris korpusunun açılışını etmişlər. Bu korpus iki növbədə 3000 tələbəni əhatə etməklə, MDB və Şərqi Avropa məkanında ən böyük və müasir tələbatlara cavab verən tədris korpusudur. Bununla yanaşı ölkə rəhbəri son bir ayda üç dəfə aqrar universitet haqqında müəyyən fikirlər söyləmişdir. 22 may 2020-ci ildə “Signify” şirkətinin rəhbərləri ilə video konfransda Aqrar universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artmasından bəhs edir.24 iyun 2020-ci ildə Gəncədə modul xəstəxananın açılışında da aqrar sahəyə maragın artdığı, universitetə müraciətlərin sayının artdığını və yeni korpusla tanış olacağını bildirir. Samux rayonunda “Agro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olarkən Aqrar universitetlə birgə Tovuzda və ya Samuxda regional tədris mərkəzinin yaradılmasını tövsiyyə edir.
Dəyərli dostlar, möhtərəm cənab Prezidentin bu ali diqqəti universitetin professor-müəllim, çoxminli tələbə kollektivi üçün böyük şərəf və qürur, eyni zamanda, həm də böyük məsuliyyətdir. Biz məsuliyyətimizi anlayır və göstərilən etimada layiq olmağa çalışacağıq.

İbrahim Cəfərov
ADAU-nin rektoru,AMEA-nın müxbir üzvi, professor

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər