{category-title}

Ermənilərin Azərbaycanın işğal altındakı torplaqlarında keçirdikləri VII Ümumerməni Oyunları ötən gün açıldı. Avqusutun 17-nə qədər davam edəcək və 5244 idmançının qatılacağı yarışlar 17 idman növünü əhatə edəcək.

4 ildən 1 keçirilən yarışlarda qanında cüzi də olsa, erməni qanı olan istənilən şəxs iştirak edə bilər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan hakimiyyətinin imicini yaxşılaşdırmaq və Azərbaycanı təxribata çəkmək üçün hazırlanmış “oyun şou”su ciddi uğursuzluqla üzləşib.

Belə ki, təşkilatı məsələlərə diqqət yetirilməməsinə görə Qarabağa Ermənistan və diaspordan gələn ermənilərə vaxtında qalmaq üçün yerlər ayrılmayıb.

Ümumerməni Oyunları Beynəlxalq Komitəsinin sədri İşxan Zakaryan problemi açıq dilə gətirməli olub.

“Oyunların Qarabağa keçirilməsinə görə burada Yerevandakı şəraitin olmadığını nəzərə almalıyıq. Qarabağda mehmanxanalarda 800 yer olduğu halda, bura 5 mindən artıq idmançı gətirilib”.

Zakaryan bəzi idmançıların kənd evlərində, ağır şərtlər altında yaşadığını söyləyib.

“Məsələn, Suriyadan olan idmançılar kənddə qaldı. Rusiyadan gələnlərin də bir qismi kəndlərə qlamalı olub”.

İdman yarışlarının keçirilməsi üçün idman obyektlərinin, texniki avadanlıqların qənaətbəxş olmaması, komfortlu yaşayış şəraitinin qurulmamasına görə diaspordan gələn idmançıların əksəriyyəti arasında narazılığın yarandığı bildirilir.

Bu səbəbdən Qarabağdakı qondarma rejim rəhbərliyinə təşkilat komitəsindən ciddi iradların daxil olduğu xəbər verilir. Qarabağda infrastukturun yetəri səviyyədə olmamasına görə oyunlar avqustun 9-da Ermənistan ərazisində davam etdiriləcək. 

Xatırladaq ki, erməni diasporunun ən böyük nümayəndə heyətləri Rusiyadan (14 şəhərdən 368 idmançı), ABŞ-dan (11 şəhərdən 318 idmançı), Fransadan (6 şəhərdən 178 idmançı), Avstraliyadan (86) gəlib. İsveç ermənilərini isə cəmi 1 idmançı təmsil edəcək. Yarışlara qatılacaq idmançıların yarıdan çoxu Yerevan, Gümrü, Vanadzor və Qarabağ erməniləridir.
 

Son xəbərlər

Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi

İşçilərin sosial sığorta nömrəsi ləğv olunur

Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq

Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

Bu gün saat 15:00-dək işıq olmayacaq

DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi

Rəqsanə Səidə Bəkirqızından üzr istədi

BİZİM TƏQVİM: Fevralın 3-də baş vermiş tarixi hadisələr

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR

Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər

Gəncədə fəhlələr qaynaq işi görərkən partlayış olub, xəsarət alanlar var

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Anar Quliyev: "Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır"

Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır

Nazir direktoru işdən çıxardı

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Parlamentdə müzakirə ediləcək əsas məsələlər açıqlandı

Azərbaycanda yaşa görə pensiya ARTIRILIR

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər

Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq

ABŞ İrandan nə istəyir? - Xamenei AÇIQLADI

Prezident Gənclər Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər