{category-title}

Bakıda ŞHK Yunior Liqasının yarımfinal oyunları keçirilib

 

Azərbaycan Şən və Hazırcavablar Klubunun (ŞHK) Yunior Liqasında Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə növbəti oyunlar keçirilib.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, oyunlara “Parni iz Baku” ŞHK komandasının tərkibində XX əsrin çempionları olmuş Cavid İmamverdiyev və Yana Nikitina, Azərbaycan ŞHK Liqasının direktoru Fərid Əbdülrəhimov, Azərbaycan ŞHK Liqasının bədii rəhbəri Hüseyn Şahverdiyev və ssenari müəllifi, “Sbornaya Baku” ŞHK komandasının keçmiş iştirakçısı Orxan İsrafilzadə hakimlik ediblər.

Oyunların birinci günündə münsiflər heyətinin yekdil qərarına əsasən “160% smexa”, “Palata No.6”, “Çebupeli”, “AtoMı”, “Smexofor” və “Niçeqo Liçnoqo” komandaları bu mövsümdə oyunu davam etdirmək şansı qazanıblar.

Oyunların ikinci günündə Bakının müxtəlif məktəb və liseylərini təmsil edən “20 vek Foks”, “Sbornaya 21 vek”, “Zavodnoy Apelsin”, “Sbornaya 17 şkolı”, “50 ottenkov smexa”, “Sparta Ankara”, “Proyekt Manxetten” və mövsümün ən gənc iştirakçıları olan “Fiksiki” komandaları da bu mövsümdə oyunu davam etdirəcək bəxtəvərlərə qoşulublar.

Bu dəfə oyunlara Yana Nikitina, radioaparıcı və DJ Emil Nəsirov, musiqiçi Yusif Qasımov, Azərbaycan ŞHK-nın həmtəsisçisi İlkin Məmmədov və Təhsil Nazirliyinin nümayəndəsi Ruslan Quliyev hakimlik edirdi.

Oyuna Azərbaycan Şən və Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov yekun vurub. O deyib: “Dostlar, siz bizim Şən və Hazırcavablar Klubunu irəli aparırsınız və biz kiminsə çıxmasını istəmirik. Buna görə, ola bilsin, biz təzə bir sxem düşünüb tapacağıq ki, yarımfinala keçmək üçün balları çatışmayan komandalar da bu mərhələyə keçə bilsinlər”.

R.Əzizov daha sonra bildirib ki, aprel ayında Dağıstanda uşaq və yeniyetmələrdən ibarət ŞHK komandalarının iştirakı ilə keçiriləcək “Kubok Kaspiya” oyunlarında Azərbaycanı mövsümün ən yaxşı oyunçularının daxil olduğu yığma komanda təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan Şən və Hazırcavablar Klubu Gənclər və İdman Nazirliyinin, habelə Təhsil Nazirliyinin hərtərəfli dəstəyini hiss edir.

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər