{category-title}

Bu gün Minskdə ikinci Avropa Oyunları start götürür

 

Oyunların birinci günündə Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulacaq

 

İyunun 21-də Minskdə ikinci Avropa Oyunları start götürəcək.

AZƏRTAC xəbər verir ki, “Minsk 2019”a Belarus paytaxtındakı “Dinamo Arena”da keçiriləcək açılış mərasimi ilə start veriləcək. Açılış mərasimi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar.

Oyunların birinci günündə idmanın üç növü – basketbol 3x3, kamandan oxatma və boks yarışları keçiriləcək. Azərbaycan idmançıları mötəbər idman turnirinin birinci günündə boks və kamandan oxatma yarışlarında mübarizəyə qoşulacaqlar. Bu gün mübarizəyə başlayan üç boksçumuzun rəqibləri Bolqarıstan idmançılarıdır. Mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq Tayfur Əliyev (56 kq) Boyan Asenov ilə qarşılaşacaq. Rahil Məmmədov (91 kq) Radoslav Panteleyev, Məhəmməd Abdullayev (+91 kq) isə Petar Belberov ilə görüşəcəklər.

Kamandan oxatma yarışında isə Azərbaycanın yeganə təmsilçisi Ozay Qasımova klassik kamandan oxatma üzrə mübarizəyə otuzikidəbir finaldan başlayacaq.

Qeyd edək ki, II Avropa Oyunlarının açılış mərasiminə ev sahibliyi edəcək “Dinamo Arena” 1934-cü ildə istifadəyə verilib. 1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi dövründə stadion yararsız vəziyyətə düşüb. Müharibədən sonra – 1947-1954-cü illərdə arenada yenidənqurma işləri görülüb. Bu stadion 1980-ci ildə Moskva Olimpiya Oyunlarının futbol yarışları zamanı 7 qarşılaşmaya ev sahibliyi edib. Arenada 2012-ci ildən növbəti dəfə yenilənmə işləri aparılıb. Hazırda arenanın tamaşaçı tutumu 22 min 246 nəfərdir. İkinci Avropa Oyunlarının bağlanış mərasimi də iyunun 30-da bu arenada keçiriləcək.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. “Bakı 2015”də uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb. İdmançılarımız Oyunlarda 56, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya millisi tutub. II Avropa Oyunlarına ev sahibliyi edən Belarus millisi isə “Bakı 2015”də 43 medalla (10-11-22) yeddinci olub.

Son xəbərlər

Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

Bu gün saat 15:00-dək işıq olmayacaq

DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi

Rəqsanə Səidə Bəkirqızından üzr istədi

BİZİM TƏQVİM: Fevralın 3-də baş vermiş tarixi hadisələr

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR

Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər

Gəncədə fəhlələr qaynaq işi görərkən partlayış olub, xəsarət alanlar var

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Anar Quliyev: "Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır"

Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır

Nazir direktoru işdən çıxardı

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Parlamentdə müzakirə ediləcək əsas məsələlər açıqlandı

Azərbaycanda yaşa görə pensiya ARTIRILIR

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər

Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq

ABŞ İrandan nə istəyir? - Xamenei AÇIQLADI

Prezident Gənclər Günü münasibətilə paylaşım edib

Məktəblərdə qış tətili başa çatdı

Əziz gənclər, bayramınız mübarək!

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq - YENİLƏNİB

Bütün xəbərlər