{category-title}

Elşad Abdullayev: Xalqımızın ən sevimli bayramı - Novruz

 

Elşad AbdullayevQədim tarixə malik Novruz bayramı xalqımızın ən sevimli bayramıdır. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Bu, bayram şaxtalı qışın sona çatması və yazın gəlişini, təbiətin oyanışını, torpağın canlanmasını tərənnüm edir.Gecə ilə gündüzün bərabərləşməsi günü, baharın ilk günü Novruz bayramıdır. Bu, bayram həm də yeni ilin gəlişi kimi təqdim olunur.

Onu da qeyd edim ki, hazırda xalqımız üçün əziz olan Novruz bayramının keçirilməsi vaxtə ilə qadağan olunmuşdu. Sovetlər dövründə bu bayrama qadağalar qoyulmuş, xalqın yaddaşından silmək, gözdən salmaq üçün müxtəlif yollar əl atıldı.

 Lakin müstəqilliyimizi bərpa etdikdən və Ulu Öndər Heydər Əliyevin rəhbər vəzifəsinə qayıdışından sonra bayramın qeyd edilməsilə bağlı əsaslı dəyişikliklər oldu. Məhz bu dəyişikliklərin əsasını Heydər Əliyev qoydu. Heydər Əliyev vətəninə, millətinə bağlı şəxsiyyət idi. Milli-mənəvi dəyərlərimizin, kimliyimizin dirçəlməsi, müstəqilliyimizin təmin edilməsi üçün heç bir çətinlikdən qorxmayaraq  çalışdı. Məqsədi Azərbaycanı müstəqil, suveren dövlət kimi bərpa etmək, inkişafına, çiçəklənməsinə nail olmaq idi.

Belə ki, Ulu Öndər Novruz bayramını milli dəyərlərimiz kimi qeyd edilməsi üçün ilk addımı atdı. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra xalqımız müqəddəs adət və ənənələrini daha geniş şəkildə yaşatmağa başladı. Heydər Əliyevin hakimiyyəti illərindən başlayaraq bu bayram təntənəli şəkildə qeyd edilməyə başladı. Ulu Öndər bayram çıxışları edərək, hər kəsi bu bayram münasibətilə təbrik edər, xoş arzularını və təbriklərini çatdırardı.

Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi: “Xalqımızın, millətimizin ümummilli, ümumxalq dərdi, qəmi vardır. O da Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın böyük bir qisminin işğal olunmasıdır, işğal edilmiş torpaqlardan bir milyondan artıq soydaşlarımızın didərgin düşməsi və ağır vəziyyətdə yaşamasıdır. Bu, bizim ümumi qəmimiz, dərdimiz, kədərimizdir”.  

Torpaqlarımızın işğalda olması Ümummilli lideri hər zaman düşündürən, onun azadlığı üçün yollar axtarması ən birinci məqsədlərdən biri olmuşdur. Və buna nail olmaq üçün bir çox tədbirlərin, mühüm qərarların qəbul edilməsində böyük rolu olmuşdur. Ulu Öndər Heydər Əliyev demişdir: “Bu gün Novruz bayramını bir yerdə keçiririk. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Ümummilli lider Heydər Əliyevin arzuları onun siyasi varisi  Prezident İlham Əliyev tərəfindən reallaşdı.  Bu gün artıq azad Qarabağımızda Novruz bayramları qeyd edilir. Artıq Novruz Bayramı Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə Novruz tonqaları qalanıb. Bütün bu, qürurlu anları bizə yaşadan Ali Baş Komandan İlham Əliyev və onun yaratdığı yenilməz Azərbaycan ordusu, qorxmaz, cəsarətli, iğid əsgərlərimiz oldu.

Bu gün Novruz bayramı ölkəmizin hər bir bölgəsində coşqu ilə qeyd edilir. Elə bu səbəbdəndir ki, öz adət-ənənəsinin zənginliyinə, milli dəyərlərimizin hər zaman qorunduğu mədəni irsimiz olan Novruz Bayramı Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Bu, bayram rəngarəng adətləri, milli dəyərlərin təbliği və yaşatdırılması baxımından digər bayramlardan xüsusilə fərqlənir. Yazın gəlişi kimi qeyd etdiyimiz bayramda  hər çərşənbə tonqal qalanır. Dörd çərşənbədən ibarət olan bayram su çərşənbəsi ilə başlayıb, torpaq çərşənbəsi ilə bitir. Müxtəlif adətləri özündə birləşdirən Novruz bayramı həm də tolerantlığı, sülhü, birliyi, əmin-amanlığı tərənnüm edir.

Bu gün əziz bayramımız bütünlüklə ölkəmizdə  qeyd edilir və hər zaman da qeyd edilməyə davam edəcəkdir.

Son xəbərlər

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb

Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib

Elşad Abdullayev: Xalqımızın ən sevimli bayramı - Novruz

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

Bayram günlərinin hava proqnozu açıqlanıb

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər - YENİLƏNİB

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Yanvarda nikah və boşanmaların sayı azalıb

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub

Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb

SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub

Parlamentdə müəllimlərin maaş artımından danışıldı

TƏBİB bayramlarda gücləndirilmiş rejimdə işləyəcək

İran XİN: Laricaninin öldürülməsi terror aktıdır

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir

Ayağı amputasiya olunan “Canlı şəhid” - Laricaninin yerinə gətirilə bilər

Bütün xəbərlər