{category-title}

Bakı-Tiflis müttəfiqliyinin altını qazıyanlar - gürcü “boz kardinal” kimin adamıdır?

 Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq əlaqələrinin önəmindən danışmağa xüsusi lüzum yoxdur. Rusiyanın “dirijorluğu” ilə on illərdir işğal problemi yaşayan Güney Qafqazın bu iki ölkəsi çoxdan, həm də başqa məsələlərə görə tale ortaqlarıdır. Bakı və Tiflis Ankara ilə üçlü formatda uzun illərdir həm işğal faktının yaratdığı problemləri aradan qaldırmağa, həm də özlərinin milli, energetik-iqtisadi təhlükəsizliyini təmin eləməyə çalışır.

Bəllidir ki, bu yöndə artıq bir sıra ortaq, meqa-layihələrə (Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmiryolu) imza atılıb və onlar reallaşıb. Gürcüstandan keçən Cənub Qaz Dəhlizinin inşası isə bitmək üzrədir və gələn il istifadəyə veriləcək.

Bundan əlavə, üç qonşu dövlət arasında hərbi və hərbi-texniki əməkdaşlıq da yüksələn xətlə davam edir. İki ay öncə Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin imzaladıqları anlaşma buna parlaq sübutdur - hansı anlaşma ki, ən çox işğalçı Ermənistanda narahatlıq doğurmuşdu. Bu da təbiidir. Ona görə ki, Bakı-Ankara-Tiflis oxunun güclənməsi, o sırada ortaq hərbi qüvvələrin yaradılması gələcəkdə 3 dövləti bölgənin əsas təhlükəsizlik faktoruna çevirə və buradakı münaqişələrin həllində Rusiyanın, Ermənistanın söz sahibliyini arxa plana keçirə bilər.

*****

Bakı-Tiflis müttəfiqliyinin güclənməsi əlbəttə ki, Rusiyanın regiondakı yeganə legitim hərbi qalası olan Ermənistanın iqtisadi təcridinin güclənməsi deməkdir. Bu və digər səbəblərdən (məsələn, Bakı və Tiflis Avropanın Rusiya qazından asılılığının azalmasında da mühüm rol oynamağa başlayıb), İrəvan və Moskvanın Azərbaycan-Gürcüstan müttəfiqliyinin çat verməsində maraqlı olması anlaşılandır. Aylardır Gürcüstanla sərhəddəki “Keşikçi Dağ” məbədi ətrafında süni gərginliyin yaradılması da əksər analitiklərə görə, ən əvvəl Rusiya və Ermənistana bağlı dairələrin işidir.

Əfsus ki, onların arasında Gürcüstanın hazırkı “Gürcü arzusu” hakim partiyasının rəhbəri və milyarder, sabiq baş nazir, ölkənin “boz kardinalı” sayılan Bidzina İvanişvilinin də adı çəkilir. Hansı İvanişvili ki, biznesi əsasən Rusiyadadır.

“Yeni Müsavat” xatırladır ki, illər öncə (2012) İvanişvilinin baş nazir qismində Bakıya ilk rəsmi səfəri qalmaqalla yadda qalmışdı. Bakı-Tiflis-Qars layihəsinə şübhə ilə yanaşan yeganə gürcü rəsmisi də o idi. “Ola bilsin ki, Azərbaycana səfərim zamanı bu məsələləri qaldırdım və bizə dost ölkəyə yumşaqcasına bildirdim ki, hansısa mərhələdə bu (Bakı-Tiflis-Qars layihəsi - "YM") bizim üçün faydalı olmayacaq və bu məsələnin nizamlanması lazımdır", - deyə İvanişvili o vaxt səfər öncəsi bildirmişdi. O zaman İvanişvilinin Qars-Tbilisi-Bakı dəmir yolu layihəsi barədə dediyi bu sözlərə Rusiya və Ermənistan mətbuatı xüsusi diqqət ayırmışdı.

*****

Məsələ də ondadır ki, gürcü “boz kardinal” baş nazirlikdən getsə də deyəsən, Rusiyanın gizli adamı olaraq qalır. Bu da isti fakt.

Bu günlərdə məlum olub ki, İvanişvilinin nəzarətində olan Gürcüstan hökuməti dizel yanacağı ilə bağlı tətbiq etdiyi yeni standartdan istifadə edərək, Azərbaycan şirkətləri yerinə bazara Rusiya şirkətlərini buraxmaq istəyir. Bunu “Xab Corciya” nəqliyyat məsələləri üzrə platformanın icraçı direktoru Vaso Uruşadze deyib.

“Biz arxasında kölgə bəyanatların dayandığı yaşıl iqtisadiyyat haqqında çox bəyanatları xatırlayırıq. Bu halda biz əminik ki, bu belədir. Belə ki, real olaraq ”Avro-5" standartlı dizel yanacağının tətbiqi Gürcüstanda olan avtoparka necə təsir etməsinə dair tədqiqat mövcud deyil. Burada söhbət neft məhsulları bazarının yenidən bölüşdürülməsindən gedir. Hər kəsə yaxşı bəllidir ki, strateji tərəfdaşımız olan Azərbaycan Gürcüstana dizel yanacağının 40%-ni tədarük edir. Bu nizamlamanın tətbiqi sayəsində Azərbaycanın neft məhsulları tam olaraq bazardan çıxacaq. Hər kəsə bəllidir ki, 2021-ci ildən Azərbaycan “Avro-5" standartına keçir, amma burada bir il udmaq lazımdır ki, Azərbaycan bazardan düşsün və onu Rusiya şirkətləri əvəz etsin. Bu şirkət ”Rosneft" və onun Gürcüstandakı nümayəndəsi “Petrokas”dır ki, onlar da ölkənin qeyri-rəsmi hakimləri ilə əlaqəlidirlər", - deyə o bildirib.

Gürcüstanın Beynəlxalq Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin vitse-prezidenti Nika Şenqeliya isə Gürcüstan hökumətinin yeni standartlara keçidi bir il müddətinə - Azərbaycanın “Avro-5" standartlı dizel tədarük etmək imkanı yaranana qədər təxirə salmaq imkanının olduğunu bildirib: ”Əgər belə olmasa, yanacağın qiyməti bazarda daha da bahalaşacaq. Bu bahalaşma 20% miqdarında olacaq".

Göründüyü kimi, İvanişvili Gürcüstanda Azərbaycan şirkətini bazardan çıxarıb yerinə Rusiyanın törəmə şirkətini gətirmək istəyir. Bu da açıq-aşkar Moskvaya reveransdır. Halbuki Rusiya bu ölkənin 20% ərazisini işğal altında saxlamaqda davam edir.

*****

“İvanişvilinin Rusiya ilə yaxınlaşmaq siyasəti bu ölkənin Azərbaycanla əlaqələrinin korlanması fonunda həyata keçirilir. İvanişvili ilə yanaşı, prezident Salome Zurabişvili də bu siyasətə adekvat olaraq, Qərbin Cənubi Qafqazdakı enerji layihələrini sabotaj etməyə çalışır”. Politoloq Məhəmməd Əsədullazadə bu qənaətdədir.

Onun fikrincə, hakim “Gürcü arzusu” partiyası Rusiyanın dəstəyi ilə iqtidarda qalmağı planlaşdırır: “Çünki İvanişvili artıq cəmiyyət arasında reytinqin olmadığını bilir, buna görə növbəti seçkilərdə məğlub olması mümkündür. Ona görə o, Rusiyaya arxayındır. Moskva isə İvanişvlini tam dəstəkləyir. Bir sözlə, Tiflis Kremldən gələn təlimatlarla idarə olunur. Hazırda İvanaivili daxili etirazlara görə Qərblə əlaqələri korlamamağa çalışır. Amma bu dəfə iqtidarda qalmağı bacarsa, Qərbdən uzaqlaşmaq kursunu açıq müstəviyə keçirəcək”.

Ekspert hesab edir ki, Tiflisin Azərbaycanla əlaqələrə zərbə vurmaq cəhdi Qərbin regiondakı enerji maraqlarına uyğun deyil: “Buna görə də ABŞ və Avropa İttifaqı növbəti seçkilərdə İvanişvilinin məğlub olması üçün çalışacaq (parlament seçkiləri gələn ilə nəzərdə tutulur - ”YM") və Qərb yenidən Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasını dəstəkləyəcək. Qərb neçə ildir Azərbaycan və Gürcüstanı bir-birinə yaxınalaşdırmağa çalışır, nəticədə Rusiyanın bölgədəki nüfuzunu əhəmiyyətli dərəcədə azaldıb. Gürcüstan rəhbərliyinin apardığı siyasət isə regionun təhlükəsizliyini təhdid edir və Qərbin maraqlarını zərbə altında saxlayır. Gürcüstan rəhbərliyi Azərbaycana diplomatik savaş elan edib və daxildə vəziyyəti gərginləşdirməklə gürcü cəmiyyəti daxilində anti-Azərbaycan ab-havası yaratmağa çalışır. Lakin gürcü cəmiyyəti bu təxribata getməyəcək və Azərbaycanla əlaqələrin korlanmasına göz yummayacaq. İvanişvili Ermənistandan sonra Gürcüstanı Rusiyanın regiondakı ikinci forpostu etmək niyyətindən əl çəkmir".

Ancaq bu niyyət çətin ki, gerçəkləşə. Çünki əsas olan “boz kardinal”ın yox, gürcü xalqının iradəsidir. Hansı ki, strateji seçimini artıq edib - Azərbaycan və Türkiyə ilə ittifaqda Qərbə inteqrasiya...
“Yeni Müsavat”
 

Son xəbərlər

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bütün xəbərlər