{category-title}

Bakı İrəvanın planını boşa çıxardı - Paşinyan hökuməti geosiyasi tələdə

 

 

Ermənistanın baş naziri Nikol Paşinyanın populist hay-küyünə və absurd açıqlamalarına rəğmən, rəsmi İrəvan Qarabağ danışıqlarının “üçtərəfli format”a keçirilməsinə nail ola bilmədi. Dağıq Qarabağdakı separatçı rejimi danışıqların müstəqil tərəfi kimi nizamlama prosesinə qoşub, Ermənistan üzərindən işğalçı “yarlığı”nı götürmək, bir az da vaxt udmaq cəhdləri artıq iflas sayıla bilər.

Bunu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin son Vaşinqton görüşü və görüş ardınca həmsədrlərin verdiyi bəyanat da təsdiqləyir. Həmin bəyanatda Paşinyanın təklif-təkidindən əsər-əlamət belə yoxdur. Bu, o anlama gəlir ki, Azərbaycanla münaqişə-müharibə vəziyyətində olan məhz Ermənistandır və Qarabağa görə qərarı da separatçılar deyil, həmişəki kimi, İrəvan, Ermənistan iqtidarı verməlidir. 

*****

“Belə görünür ki, rəsmi İrəvana danışıqlar prosesinə öz gündəliyini daxil eləmək müyəssər olmur - hansı ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatında da əksini tapıb. O bəyanat ki, erməni diplomatiyasının daha çox iflasına şəhadət verdi, nəinki uğuruna”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1in.am erməni saytında dünən getmiş təhlili məqalədə siyasi şərhçi Sərkis Arsruni yazır.

Müəllif son bir neçə ildə erməni diplomatiyasının üzləşdiyi daha bir iflasdan bəhs edib: “2016-cı ilin ”4 günlük" müharibəsindən sonra vasitəçilər cəbhənin ön xəttinə nəzarət mexanizmləri tətbiq etməyi təklif eləmişdilər - hansı ki, beynəlxalq səviyyədə sülhə zəmanət verməli, başqa sözlə, institusional olaraq, status-kvonu möhkəmlətməli idi (Yəni ermənilər bu yolla faktiki cəbhə xəttinin rəsmi cəbhə xəttinə çevriləcəyinə və ardınca işğalın rəsmiləşəcəyinə ümidli idilər - “YM”). Bakı ardıcıl şəkildə bunun əleyhinə çıxış edirdi. Yekunda axır ki, Azərbaycan onun ləğvinə nail oldu - özü də erməni diplomatiyasının əfəlliyi sayəsində. Erməni diplomatiyasının bu uğursuzluğu həm inqilaba qədərki, həm də inqilabdan sonrakı dövrə aiddir".

Yazıda iddia edildiyinə görə, hazırda Bakı İrəvan-Moskva münasibətlərində yaşanan böhrandan istifadə edərək, genişmiqyaslı aprel müharibəsinə gətirən status-kvonun bərpasına çalışır. “Moskva belə bir avantüraya gedəcəkmi və Bakı müharibə üçün yeni kart-blanş alacaqmı? Bunu hadisələrin yaxın aylardakı inkişafı göstərəcək”, - deyə müəllif sonda ehtimal edib.

*****
İrəvan-Moskva münasibətləri isə hazırda həm də Gürcüstandakı proseslərdən dolayı başqa mühüm bir testdən keçməkdədir. Məsələ ondadır ki, Tiflis-Moskva münasibətlərində dərinləşən böhran sövq-təbii, İrəvana yeni və potensial problemlər yarada bilər. Söhbət ilk növbədə işğalçı ölkəni Gürcüstan vasitəsilə xarici aləmə, ələlxüsus müttəfiq Rusiyaya birləşdirən əsas dəmir yolu və avtomobil əlaqələrinin itməsi riskindən gedir. Bu risk indi heç vaxt olmadığı qədər böyükdür və onu ermənilər artıq özləri də etiraf edirlər.

“Rusiya-Gürcüstan və ABŞ-İran münasibətləri ətrafında vəziyyət Ermənistan üçün ciddi problemlər yaradır”. Bu fikri Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi, parlamentin sabiq vitse-spikeri, eks-prezident Serj Sərkisyanın ən etibarlı şəxslərindən sayılan Eduard Şarmazanov deyib.

“Rusiya-Gürcüstan münasibətlərində hazırda yaşanan gərginlik Ermənistanın maraqlarına uyğun deyil. Biz çox narahatıq. Rusiya bizə müttəfiq və qardaş ölkədir. Gürcüstan bizim qonşumuz və həmçinin qardaş ölkəmizdir” - Şarmazanov bildirib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdən Ermənistan heç bir divident əldə edə bilməz və hazırkı proseslər həm iqtisadi, həm də siyasi planda mənfi təsirlərlə müşahidə edilə bilər. “Gürcüstandakı vəziyyətə ABŞ-ın İranla münasibətlərindəki gərginliyi də əlavə etsək, belə çıxır ki, Ermənistanın şimal və cənub sərhədlərində ciddi problemlər yaranıb. Hazırkı hakimiyyət çox çətin geosiyasi vəziyyətdədir”, - Şarmazanov əlavə edib.

*****

Əslində bunu Paşinyan hökuməti üçün geosiyasi tələ də adlandırmaq olar. Bu tələdən itkisiz çıxmağın tək yolu Ermənistanın iki əsas qonşusu - Azərbaycan və Türkiyə ilə vaxt itirmədən dil tapmasından keçir. Qonşu Gürcüstanda cərəyan edən proseslər bu xüsusda bir daha erməni rəhbərləri və toplumuna dərs olmalıdır ki, Ermənistanın milli təhlükəsizliyinə, bütövlükdə gələcəyinə təminat Tiflislə yox, məhz Bakı və Ankara ilə bağlıdır. Ancaq dərs olacaqmı?..
“Yeni Müasavt”
 

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər