{category-title}

<!-- x-tinymce/html -->

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Ermənistan hökuməti yeni, təlatümlü dövrə qədəm qoyub. Baş verən proseslərdən də hiss edilir ki, hakimiyyət daxilində çaxnaşma və qeyri-müəyyənlik var. Bu, Baş nazir Nikol Paşinyanın iki stulda əyləşmək siyasətinin fəsadları ilə bağlıdır. Maraqlıdır ki, Rusiyanın Altay vilayətinə səfərindən sonra Nikol Paşinyan səssizliyə qərq olub. Səfərdən qayıdan kimi məzuniyyətə çıxan baş nazir heç bir post yazmır, kilsə xadimlərinə qarşı heç bir addım atmır. O, gələcəklə bağlı planlarını heç kəslə bölüşmür, nə vaxt konkret addımlar atacağını və ya bu addımları dəqiq atıb-atmayacağını sirr olaraq saxlayır.

Əgər Baş nazirin Rusiyada səfərdə olduğu bir vaxtda erməni hökuməti rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin təklifinə rədd cavabı verdiyini də düşünsək, əminliklə söyləmək olar ki, Altay görüşündə Nikola əməlli-başlı qulaqburma verilib. Amma nəzərə almaq lazımdır ki, hökumət başçısı səfərdən əvvəl Eçmiədzinə yürüş planlaşdırırdı və konkret katalikosu devirməklə hədələyirdi. Altayda gizli qapılar arxasında baş verənlərdən sonra isə belə bir niyyət, addım hələ görünmür.

Paralel olaraq, söyləmək olar ki, Nikolun səssizliyə qapılmasının başqa bir səbəbi də Aİ-nin dəstəyini getdikcə itirməsi ilə bağlıdır. Bunun səbəblərindən biri də ölkədəki repressiya dalğası ola bilər. Avropanın “demokratik Ermənistan” haqqında yüksək səviyyəli ritorikasının arxasında faktiki olaraq heç bir real öhdəlik yoxdur. Çünki Aİ hesab edir ki, Paşinyanın islahatları əslində demokratiyanı təşviq etməkdənsə, Ermənistanda mövcud mülkiyyətin yenidən bölüşdürülməsinə yönəlib.

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

İndiyədək Paşinyanın təşəbbüsü ilə 150 siyasətçi və iş adamına qarşı cinayət işi başlanıb. “Ermənistan Elektrik Şəbəkəsi”nin sahibi Samvel Karapetyanla bağlı qalmaqal isə məsələnin duzu-istiotu olub. Paşinyanın bu addımları atmaqla Ermənistanda Rusiyanın dayaqlarını zəiflətmək məqsədi güddüyü deyilsə də, baş nazirin Qərbdən bu siyasətinə lazımi dəstək aldığını demək çətindir. Stokholm Arbitraj Məhkəməsinin Samvel Karapetyan məsələsində Ermənistan hökumətinin əleyhinə qərar qəbul etməsi artıq Qərbin də Paşinyana dəstəyini yavaş-yavaş çəkməsini göstərir.

Maraqlıdır ki, uzun illər prezident iqamətgahını tərk etməyən Vaaqn Xaçaturyan nədənsə Paşinyan məzuniyyətə çıxan kimi bölgələri gəzmək fikrinə düşüb. Əslində ilk baxışdan burada təəccüblü bir şey yoxdur. Amma səfərlə bağlı məlumatları, xəbərləri oxuyanda işin əsl mahiyyəti anlaşılır. Məlum olub ki, iqamətgahından çıxan Vaaqnın korteji nəfəsini Sünik vilayətində dərib. Bir neçə gün vilayətin kəndlərini dolaşan prezident sakinlərlə görüşüb, dərdlərini dinləyib, hökumətin maliyyə problemi olmadığı barədə uzun-uzadı nağıl danışıb. Hətta iş o həddə çatıb ki, Xaçaturyan Gorus meri Aruş Aruşanyanı da tərifləyib. Paşinyana qarşı çıxışları ilə tanınan, dəfələrlə hakim qarşısına çıxarılan Aruşanyanın birdən-birə “yaxşı oğlan”a çevrilməsi də təsadüfi deyil. Bu, həm seçki ərəfəsində Gorusda hakim partiya üçün səs toplamaq, həm də Zəngəzur dəhlizi ilə bağlı məsələ ilə əlaqədardır. İş orasınadır ki, Ermənistan prezidenti bildirib ki, Sünik vasitəsilə kommunikasiyaların açılması Ermənistanın inkişafına böyük imkanlar verəcək:

“Sünik Ermənistanın inkişaf qapısına çevriləcək. Əgər biz Sünikin qapısını aça bilsək, mən 43 kilometrlik yolu nəzərdə tuturam, əmin olun ki, bu sayədə gələcəkdə inkişaf üçün böyük imkanlar olacaqdır. Bu 43 kilometrlik yol çox vacibdir”. Bu sitata əlavə olaraq, Vaaqn Xaçaturyan bildirib ki, Ermənistan hakimiyyətinin məqsədi yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsi imzalamaqdır.

Ermənistan prezidentinin bu açıqlaması əslində reallığı ortaya qoyur.

Birincisi, hökumət anlayır ki, Zəngəzur dəhlizinin açılması hazırda Ermənistanın inkişafı üçün yeganə çıxış yoludur. Qərbin ayırdığı yardımlar, Moskvanın altdan-altdan yönləndirdiyi bir neçə milyon dollar sosial problemlər və iqtisadi inkişaf üçün ciddi bir məbləğ deyil. Eyni zamanda ianələr hesabına yaşamaq inkişaf etmək yox, sürünmək deməkdir.

İkincisi, kommunikasiyaların blokdan çıxması, Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın dirçəlməsi, regional və qlobal layihələrə qoşulması deməkdir.

Üçüncüsü, erməni hökuməti tam mənada dərk edir ki, bu tip layihələrə qoşulmaq üçün regionun lider dövləti Azərbaycanla münasibətləri normallaşdırmaq lazımdır.

Dördüncüsü, Vaaqn Xaçaturyan sətiraltı da olsa, mesaj ötürüb ki, Zəngəzur dəhlizinin açılması sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər.

Təsadüfi deyil ki, eyni günlərdə Türkiyə rəsmiləri də Zəngəzur dəhlizinin açılması şərti ilə bağlı açıqlamalar veriblər. Hakim komanda regiondakı geosiyasi reallıqları nəhayət qəbul edib addım atmaq niyyətini ortaya qoyub. Sadəcə ortada Rusiya və İran məsələsi var.

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Baş nazir Nikol Paşinyanın da Altay səfərindən sonra Vaaqn Xaçaturyanı önə çıxarması onun planından xəbər verir. Ehtimal etmək olar ki, istədiklərini Moskva və Tehranın qorxusundan özü birbaşa demir, bu işdə prezidentdən istifadə edir.

Hazırda oturub baş verənləri sakitcə izləyən Nikol nəbz ölçür, növbəti açıqlama və planlarını bu doğrultuda həyata keçirmək istəyir. Əgər hadisələr onun istədiyi məcrada davam etməsə, günah keçisi kimi Vaaqn Xaçaturyanı ortaya atmaq, günahkar kimi təqdim etmək də planlardan biri ola bilər. Çünki Paşinyan gözəl dərk edir ki, Moskva bunu ona bağışlamaya bilər. Nə qədər də Kreml rəsmi açıqlamalarda Zəngəzur dəhlizinin iki ölkə arasında məsələ olduğunu bildirsə də, son günlər cərəyan edən hadisələr Rusiyanın da ciddi planları olduğundan xəbər verir.

Birincisi, məsələ Gümrüdəki 102-ci baza ilə əlaqəlidir. Bir sıra mətbuat orqanlarında Rusiyanın bazanı gücləndirməsi barədə yazılanlar da təsadüfi deyil. Ağır silahlarla yanaşı, Gümrüdəki bazaya yaxın döyüş və şəhər mühitində əməliyyatlar üçün nəzərdə tutulan silahların da çatdırıldığı bildirilir. Moskvanın məqsədlərindən birinin Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı devirmək olduğunu nəzərə alsaq, Kremlin idarə olunan böhran vasitəsilə nəzarəti bərpa etməyə çalışacağını ehtimal etmək olar. Bu isə Ermənistan ərazisində təxribatlar, küçə döyüşləri, terror aktlarını da ehtiva edir.

Paralel olaraq isə Ermənistanda Qarabağı könüllü tərk edən ermənilər üçün irimiqyaslı humanitar layihəyə start verilib. Təşklilatçılar isə Rusiya Humanitar Missiyası, “Avrasiya” QHT və “Rossotrudniçestvo”dur. Bu isə deməyə əsas verir ki, Moskva Qarabağ erməniləri vasitəsilə də Nikol Paşinyana təzyiq etməyi nəzərdə tutur.

Paralel olaraq isə Rusiya KİV-in Azərbaycanın daxili işlərinə burun soxması, Xankəndi şəhərini “Stepanakert” kimi təqdim etməsi bu ehtimalı daha da gücləndirir. Bununla belə, Ermənistanın Baş naziri Nikol Paşinyan sükutu pozaraq, Xankəndi şəhərində Ayvazovskinin heykəlinin sökülməsi ilə bağlı Ermənistan və Rusiya KİV-lərində start verilən təbliğat və təxribatlara cavab olaraq bildirib ki, hökumətin hədəfi heykəllər yox, sülh danışıqları və Sünikdən keçən yolla bağlıdır.

Bu isə Ermənistan hökumətinin Zəngəzur dəhlizinə yaşıl işıq yandırmağa hazır olması ilə bağlı ehtimalı daha da gücləndirir.(Report)

Son xəbərlər

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bütün xəbərlər