{category-title}

<!-- x-tinymce/html -->

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Azərbaycanda rəsmi səfərdə olub. Prezident İlham Əliyev onu Füzulidə qarşılayıb.

Ali qonaq Azərbaycanın Qarabağ bölgəsini ziyarət edib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə işğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verilib.

Qarşılama mərasiminin işğaldan azad edilmiş torpaqda keçirilməsi Azərbaycan, regional və qlobal baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səfər Azərbaycanın torpaqlarına sahib olduğunu, işğalçıların havadarları ilə birlikdə xarabazara çevirdikləri bölgələrin yenidən qurulmasını, modern şəhərlərin, infrastrukturun tikilməsini, yerli əhalinin qayıdışının uğurla həyata keçdiyini beynəlxalq səviyyədə nümayiş etdirmək üçün daha bir fürsət idi.

Prezident İlham Əliyev çıxışında BƏƏ ilə münasibətlərə toxunaraq deyib: "Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bizi, bütün Azərbaycan xalqını çox məmnun edir".

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Füzulidə qarşılanması Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad olunan bölgələrinin təhlükəsizlik baxımından güvənli olduğunu yenidən təsdiqləyib. Müasir dünyada bunun çox ciddi məsələ olduğunu da vurğulamağa ehtiyac var.

Yeri gəlmişkən, beynəlxalq münasibətlərdə strateji tərəfdaşlığın mahiyyəti aktorlar arasında məqsədyönlü qarşılıqlı əlaqəni, uzunmüddətli, fasiləsiz, sabit xarakterli, qarşılıqlı fundamental maraqların reallaşdırılmasına əsaslanmasında və bir qayda olaraq, ictimai həyatın bütün sahələrində həyata keçirilməsindədir. Bu münasibət taktiki tərəfdaşlıqdan strateji tərəfdaşlığa, həmçinin strateji tərəfdaşlıqdan müttəfiqliyə keçiddir.

Prezident İlham Əliyev ikitərəfli əlaqələrdən danışarkən onu da bildirib ki, Əmirliklərin şirkətləri Azərbaycanın strateji tərəfdaşıdır, əsas investordur: "Azərbaycanda istifadəyə verilmiş birinci Günəş Elektrik Stansiyasının tikintisi və investisiyaları BƏƏ-nin  bizə dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə giqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır".

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

Qeyd edək ki, bu səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə" də daxil olmaqla 14 sənəd imzalanıb.

Al Nəhyan iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığa dair imzalanmış Bəyannamənin tərəflərin qarşılıqlı münasibətlərini daha da inkişaf etdirmək və yüksək səviyyəyə qaldırmaq iradəsini əks etdirdiyini vurğulayıb.

BƏƏ Prezidenti bu əlaqələrin regional mahiyyətindən və əhəmiyyətindən danışarkən bildirib ki, ölkəsi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir, Azərbaycan başda olmaqla, bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır: "Bu xüsusda Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik".

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

Bu, BƏƏ Prezidentinin Azərbaycana səfərinin regional əhəmiyyətini təsdiqləyən açıqlama da sayıla bilər.

Əmirlik beynəlxalq aləmdə daha çox ticarət mərkəzlərindən biri olaraq tanınır. Bu baxımdan, Şeyxin səfəri, Azərbaycanla əlaqələrin inkişafı perspektivdə onun Cənubi Qafqazda fəaliyyətinin genişlənməsinə imkan yaradar. Çünki Azərbaycan regionda logistika və infrastruktur xidmətinə malikdir. Digər tərəfdən isə Azərbaycan Asiya ilə Avropanı birləşdirən yolun üzərində etibarlı dövlətlərdəndir. Odur ki, BƏƏ Azərbaycanın regiondakı bu üstünlüyündən faydalana bilər.

Azərbaycanla BƏƏ islam dünyasında, beynəlxalq münasibətlərdə oxşar mövqelərə malikdirlər. Yaxın Şərqdə baş verənlərə münasibətlərində də oxşarlıq var.

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əlaqələri həm də islam dövlətləri olaraq beynəlxalq problemlərə yaxın mövqedən yanaşma üçün əlavə fürsət verir.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana, Qarabağa səfərinin bu baxımdan qlobal önəmi olduğu qənaətinə də gəlmək olar. Hər iki dövlət münaqişələrin dinc danışıqlar yolu ilə həllini, əməkdaşlığı qarşıdurmadan üstün tutduqlarını nümayiş etdirirlər.

BƏƏ Prezidentinin bu rəsmi səfəri Azərbaycanın qlobal miqyasda, habelə islam dünyasında, Yaxın Şərqdə nüfuzunun, əhəmiyyətinin göstəricisi sayıla bilər.(Report)

Son xəbərlər

Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb

Həsən Zeynalov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Yanvarda hava necə olacaq?

Azərbaycan-Küveyt münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

İşıq və təbii qaz üçün - Sabit tariflər olacaq

“Aİ-92” 5, dizel isə 10 qəpik bahalaşdı

Pezeşkianın müşaviri Mehdi Sənayi etirazlar fonunda istefa verib

Beş fənn üzrə təhsil proqramı təkmilləşdirilib

Bakının bəzi küçələrində qısamüddətli təmir işləri aparılacaq

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub

Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənilib

Ötən ay qeyri-neft sektorunun ixracında xurma birinci yeri tutub

Xameneinin müşaviri: İrana qarşı istənilən aqressiya sərt və dərhal cavabla nəticələnəcək

Səhiyyə Nazirliyi bayram və istirahət günləri ilə bağlı çağırış edib

Ötən ay təyin edilən icra başçısı - İşdən çıxarıldı

Prezidentlə ailəsinin “Ağ Şəhər”dən - Fotoları

Ali təhsildə bəzi ixtisas proqramlarına gender bərabərliyi ilə bağlı seçmə fənlər daxil edilə bilər

Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Prezident ARDNF-in 2026-cı il büdcəsini təsdiqləyib

BP "Şahdəniz" yatağında seysmik kəşfiyyatın başlama tarixini açıqlayıb

Prezident İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsini təsdiqləyib

Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub

Sabah rayonlara qar yağacaq, güclü külək əsəcək - PROQNOZ

Bütün xəbərlər