{category-title}

İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “AzInTelecom” MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, bu gündən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub.

Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür. Növbəti mərhələdə həm Abşeron dairəvi marşrutu boyunca bütün stansiya və dayanacaqlarda, həm də ölkə üzrə dəmir yolu şəbəkəsində bu müasir xidmətin göstərilməsi planlaşdırılır.

Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər “ADY Mobile” mobil tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.

Dünyanın qabaqcıl ölkələrinin “Face Pay” təcrübəsinin Azərbaycanda “SİMA Pay” rəqəmsal ekosistemi və “ADY Mobile”ın virtual kartının inteqrasiyası yolu ilə tətbiqi dəmir yollarında sərnişindaşımanın təhlükəsizliyini daha da yüksəldəcək, biometrik ödənişlər riskləri minimuma endirəcək, həmçinin kartın itirilməsi və ya balansın bitməsi kimi qayğıları aradan qaldıracaq.

Qeyd edək ki, son illərdə ADY sərnişin məmnuniyyətini təkcə yeni qatarlar və istiqamətlərlə deyil, həm də gündəlik həyatı asanlaşdıran rəqəmsal həllərlə təmin edir. Xüsusilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə son üç ildə həyata keçirilən yeniliklər sayəsində sərnişindaşıma xidməti tamamilə yeni mərhələyə keçib. Artıq kassalarda növbədə dayanmaq və fiziki bilet alışına ehtiyac yoxdur. Sərnişinlər vaxt itirmədən ödənişlərini bank kartları, NFC və “ADY Mobile” tətbiqi vasitəsilə həyata keçirirlər.

Statistik nəticələr də göstərir ki, dəmir yollarının rəqəmsallaşması istiqamətində son illərdə həyata keçirilən yenilikləri sərnişinlər müsbət qarşılayır və rahat mənimsəyirlər. Belə ki, 2023-cü ildə istifadəyə verilən “ADY Mobile” istifadəçilərinin sayı artıq 400 mini ötüb. Qatarla bölgələrə səfər edən sərnişinlərin təxminən 80 faizi biletlərini onlayn şəkildə əldə edir. Eyni zamanda, 2024-cü ildən ölkədaxili marşrutlar üzrə səyahət üçün qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin yalnız fiziki formada təqdim edilməsi tələbi aradan qaldırılıb, “My.gov.az” portalından şəxsiyyəti təsdiq edən məlumatları QR kod şəklində təqdim etmək kifayətdir. Bundan başqa, sərnişinlər səyahət boyu həm işgüzar fəaliyyət, həm də asudə vaxtın səmərəli keçirilməsi üçün qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsinə qoşula bilərlər.

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər