{category-title}

Türkiyənin yeni Naxçıvan planı - İrəvan təlaşda

 Sentyabrın 1-dən Türkiyə vətəndaşları üçün viza rejimi ləğv olunacaq. Bu, sözsüz ki, iki qardaş ölkə əlaqələrini daha yüksək səviyyəyə qaldıracaq. 80 milyonluq Türkiyə ilə 10 milyonluq Azərbaycan arasında humanitar-mədəni əlaqələr də daxil, bütün sferalar, o cümlədən hərbi sahə üzrə əlaqələri dərinləşdirəcək. Bütövlükdə iki qardaşın və təbii müttəfiqin birliyini bir az da “ət-dırnaq” kimi edəcək.

Nə xoş ki, Türkiyə tərəfdən də analoji addımlar atılması davam edir. Xüsusən də Ermənistanın nəqliyyat blokadasından əziyyət çəkən anklav Naxçıvana qardaş ölkənin artan diqqəti qeyd olunmaya bilməz. Söhbət təkcə “kiçik torpaq”da vaxtaşırı keçirilən birgə hərbi təlimlərdən, yaxud burada ən azı, bir Türkiyə hərbi bazasının qurulmasının vaxtı çatmasından getmir.

Bunlar öz yerində. Ankara Naxçıvanla bağlı Qars müqaviləsindən irəli gələn hərbi-təhlükəsizlik xarakterli bütün öhdəliklərinə sadiqdir. Söhbət həm də bölgənin iqtisadi cəhətcə güclənməsi yönündə atılan addımlardan gedir. Təsadüfi deyil ki, son vaxtlar qardaş ölkədən Naxçıvana iqtisadi-ticari ilişkiləri genişləndirməyə yönəlik səfərlər xeyli artıb. Bu da hamısı deyil.

*****

“Artıq Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma ərəfəsindədir”. Bunu APA-nın yerli bürosuna Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib. Nazir bildirib ki, bu, Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrini daha da genişləndirməsindən xəbər verir. “Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır. Birlikdə həyata keçirdiyimiz layihələr regionun təhlükəsizliyini və sabitliyini gücləndirir”, - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, son zamanlar Türkiyənin Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri daha sıx xarakter alıb: “Bu, hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına zəmin yaradır”.

Haqqında söz gedən dəmir yolu layihəsi həqiqətən həm də böyük siyasi anlam daşıyır. Çünki Qarabağ ixtilafına görə Naxçıvan yarım-blokada vəziyyətindədir. Ən əsası, ermənilər Naxçıvana da göz dikib və bunu heç gizlətmirlər də. Belə bir dəmir yolunun açılması isə hərbi təcavüz halında Naxçıvana Türkiyədən hərbi xarakterli yüklərin daşınmasını daha da asanlaşdıra bilər. Nəzərə alsaq ki, artıq Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu da fəaliyyətdədir, o zaman yeni inşa olunacaq Qars-İğdır-Naxçıvan dəmir yolu vasitəsilə Bakı özü də Naxçıvanın müdafiəsi üçün hərbi yüklər göndərə bilər. Bu xüsusda layihəni Türkiyənin Naxçıvanla bağlı yeni planının tərkib hissəsi də saymaq olar...

*****

Əlbəttə, Qarabağ problemi, işğal məsələsi olmasaydı, indi Ermənistandan keçən (Mehri-Qafan) dəmir yolu (Bakı-Naxçıvan yolu) da işlək vəziyyətdə idi və həm Naxçıvan, həm də Ermənistan əhalisi ondan müştərək istifadə edirdi. Xüsusən də işğalçı ölkə bu xətdən böyük fayda götürə bilərdi. Çünki o, Orta Asiyadan, Çindən Ermənistana ən qısa yoldur.

Yeri gəlmişkən, hazırda işğalçı ölkədə böyük narahatlıq var ki, Gürcüstan oktyabrın 1-dən Ermənistana avtomobil yolu ilə yük daşımalarını, o cümlədən Rusiya və Qazaxıstandan taxıl məhsullarının daşınmasını məhdudlaşdıra bilər. Bununla bağlı Gürcüstan hökuməti artıq xəbərdarlıq edib. Rəsmi Tiflis bunu onunla izah edir ki, avtomobil yolu ilə taxılın Ermənistana daşınması ətraf mühitə və yol infrastrukturuna ziyan vurur. Çünki daşıma üçün istifadə edilən TIR parkı köhnəlib, habelə maşınlara normadan artıq yük vurulduğu üçün yollar sıradan çıxır.

Lakin taxıl məhsulları Azərbaycan ərazisindən də daşına bilərdi. Qazaxıstandan Ermənistana ən qısa və sərfəli yol məhz Azərbaycan vasitəsilədir. O halda un məhsullarının qiyməti də aşağı olardı.

Problem haqda danışan Ermənistandakı “Manana Qreyn” iri un istehsalı şirkətinin direktoru Qurgen Nikoqosyan ümid etdiyini bildirib ki, rəsmi bəyanat verilməsə də Tiflisin qadağanı tətbiq etməyəcəyi haqda məlumat var: “Bu da Ermənistanın un istehsalçılarına sərf edir. Çünki istənilən məhdudiyyət ziyana gətirib çıxaracaq” (Virtulaz.org).

Nikoqosyan hesab edir ki, əgər Gürcüstan qadağanı tətbiq etsə Ermənistan üçün ən qısa və ucuz marşrut-Yuxarı Lars marşrutu bağlanacaq. Belə olan halda isə taxılı Rusiyanın Novorossiysk limamından Gürcüstanın Poti limanına, oradan isə dəmir yolu ilə İrəvana daşımalı olardılar. Təbii ki, o halda taxılın maya dəyəri də qalxacaq.

Lakin Rusiya taxılını dəmir yolu ilə Ermənistana daşımaq mümkündürsə, Qazaxıstan taxılı üçün bu variant keçərli olmayacaq. Belə ki, məlumatlara görə, Tiflis bu türkdilli ölkədən taxıl daşınmasının həcmini artırmaq istəyir. “Əgər Gürcüstan Qazaxıstandan taxıl nəql edəcəksə, o zaman Azərbaycanın dəmir yollarından istifadə edəcək. Bizim isə Bakı ilə diplomatik münasibətlərimiz yoxdur, ona görə də həmin yol Ermənistan üçün bağlıdır” - Nikoqosyan deyib.

Yada salaq ki, Tiflislə Bakı arasında razılaşmaya əsasən, gürcü tərəfi Azərbaycan ərazisindən nəql edilən yükləri Ermənistana ötürə və ya sata bilməz. Qazaxıstan taxılının Rusiya üzərindən Ermənistana nəqli isə Nikoqosyana görə, sərfəli deyil, çünki bu marşrut baha başa gəlir.

*****

Göründüyü kimi, Ermənistan özünün işğalçı siyasətinin girovu olaraq qalmaqda və buna görə ağır bədəl ödəməkdə davam edir. Halbuki İrəvan təkcə Naxçıvan marşrutu, Türkiyə hesabına xeyli dərəcədə ucuz tranzit problemini həll edə, əhalisi aclıq təhdidi altında yaşamazdı. Ancaq bu, bizim problem deyil. Ermənilərindir və ondan çıxış yolu bəlli.

Əlavə edək ki, rəsmi İrəvanın uzun illərdir Rusiyadan Gürcüstan ərazisi vasitəsilə özünə yeni dəhliz (Abxaziya dəmiryolu) açmaq üçün dəridən-qabıqdan çıxır. Hələ ki bu cəhdlər fiasko olur. Çünki Gürcüstan üçün Azərbaycan və Türkiyə Ermənistan qədər dəyərdə deyil, ola bilməz... 
“Yeni Müsavat”
 

Son xəbərlər

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

Diana Ryan: Hazırda Azərbaycandan "TikTok" platforması üzrə 7 milyon istifadəçi var

"Diario La R": IV Şuşa Media Forumu - dünyanın aparıcı media hadisələrindən biridir

"Təmiz Şəhər": Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

Sabah ölkə ərazisində 39 dərəcə isti olacaq

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Aİ Rusiyaya qarşı 250 bənddən ibarət rekord sanksiya siyahısını razılaşdırır

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur

Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Prezident IV Şuşa Qlobal Media Forumunun məqsədindən danışıb

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib

İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub

FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

Dünya bazarlarında neft ucuzlaşıb

Axtarışda olan 83 nəfər saxlanılıb

Bütün xəbərlər