{category-title}

Ermənistanın 2-ci dəhliz arzusu gözündə qaldı - fiasko

 Gürcüstanda günlərdir davam edən etirazlar təkcə bu ölkə üçün deyil, artıq onun qonşuları üçün də mühüm önəm daşımağa başlayıb. Söhbət birinci növbədə Ermənistandan gedir. Ona görə ki, on illərdir yarımblokada şəraitində olan işğalçı ölkəni xarici aləmlə bağlayan yeganə quru yolu və dənizə çıxış Gürcüstan vasitəsilədir. Ermənistan öz işğal ortağı və faktiki ağası Rusiya ilə də yenə məhz Gürcüstan dəhlizi hesabına müttəfiqlik münasibətləri saxlayır. İqtisadi-ticari əlaqələr, mal-ərzaq daşımaları, təbii qazın nəqli də eləcə.

O üzdən Tiflisdəki olaylar, Rusiya ilə getdikcə daha da kəskinləşən münasibətlər, qarşılıqlı sanksiyaların tətbiqi hədələri haqlı olaraq, ən çox İrəvanı təlaşlandırmaqdadır. Ermənilər narahatdırlar ki, Rusiyanı onunla birləşdirən yeganə dəmir yolu və avtomobil magistralı da günün birində bağlanar. 

*****

Yada salaq ki, məlum olaylaradək İrəvan daim Gürcüstan vasitəsilə Rusiyadan özünə yeni, ikinci ehtiyat dəhliz (“nəfəslik”) açmağa çalışıb. Bu məqsədlə hazırkı erməni rəhbərləri və onların sələfləri - keçmiş prezident Serj Sərkisyan, sabiq baş nazir Karen Karapetyan dəfələrlə Tiflisə səfərlər edərək, gürcü rəsmilərinin “saqqızını” oğurlamağa çalışıblar. 25 ildir fəaliyyətsiz qalan Abxaziya dəmir yolunun açılmasına cəhdlər ediblər. İrəvan bu yolda həm də ona görə maraqlıdır ki, Qarabağda yeni müharibənin qızışacağı halda onun vasitəsilə Rusiyadan gizli silah-sursat ala bilsin. Çünki Abxaziya dəmir yoluna Tiflisin nəzarət imkanı yoxdur.

Ermənilər, Nikol Paşinyan hökuməti öz istəklərinə nail olmaq üçün son vaxtlar Gürcüstana siyasi reveranslar eləməyə də başlamışdılar. Məsələn, ötən ay BMT-də köçkünlərlə bağlı Gürcüstanın ərazi bütövlüyünü ehtiva edən sənədə Ermənistan 11 ildə ilk dəfə səs vermişdi. Erməni analitiklər bunu ilk növbədə Abxaziya yolunun açılması qarşılığında Tiflisə siyasi jest, siyasi avans kimi qiymətləndirmişdilər. 

Ancaq gürcü hökuməti hələ ki bu məkrli gedişlərə aldanmır. Səbəblərdən biri Rusiya ilə kəskin qalan münasibətlərdirsə, digəri əlbəttə ki, Gürcüstanın milli təhlükəsizliyində həlledici faktorlar olan Azərbaycan və Türkiyəni incitməmək istəyidir. Məsələn, keçən həftə Gürcüstan hökuməti öz erməni vətəndaşlarına Dağlıq Qarabağda keçirilən qanunsuz ümumerməni forumuna qatılmağı qadağan elədi. Bundan qabaq isə Gürcüstanın müdafiə naziri Qəbələdə Azərbaycan və Türkiyənin müdafiə nazirləri ilə ortaq hərbi təlimlərin keçirilməsi haqda anlaşma imzaladı. İrəvanda bunu hətta “üçlü hərbi ittifaq” kimi dəyərləndirmişdilər...

*****

Bu arada Rusiya və Gürcüstan rəsmiləri arasında Cenevrədə keçirilən növbəti görüş uğursuzluqla nəticələnib. Belə bir açıqlama ilə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia çıxış edib. Danışıqlarda Tiflis işğal altında olan ərazilərdə humanitar vəziyyətlə bağlı məsələləri gündəmə gətirib, ancaq tərəflər ortaq məxrəcə gələ bilməyib.

“Yeni Müsavat” onu da xatırladır ki, tərəflər arasında bu səviyyədə vaxtaşırı reallaşan görüşlərdə Abxaziya dəmiryolu məsələsi də zaman-zaman müzakirə olunub. Başqa sözlə, danışıqların predmetlərindən biri Abxaziya dəmir yolunun açılışı olub. Lakin göründüyü kimi, bu mövzu artıq yerli-dibli gündəlikdən çıxıb. Moskva və Tiflis indi heç olmasa, minimal, humanitar səviyyədə münasibətlərin qalmasının yollarını axtarırlar. 

***** 
Beləliklə, Tiflisdəki yeni proseslərdən dolayı yetərincə maraqlı situasiya yaranıb. Situasiyanın özəlliyi ondadır ki, Gürcüstanda anti-Rusiya ovqatının güclənməsi Rusiya üçün onun bölgədəki yeganə legitim hərbi qalası və forpostu olan Ermənistanın əhəmiyyətini artırıb. Elə İrəvan üçün də əsas zəmanətçi kimi Rusiyanın önəmi güclənib. Hər halda, Moskva indi Ermənistanda da Rusiya əleyhinə etirazların olmasında maraqlı deyil.

İkinci yandan, işğalçı ölkəyə əsas giriş qapısının Gürcüstan olduğu və bu qapının da qapanma riski yarandığından, Rusiya və Ermənistan heç vaxt olmadığı qədər bir-biri ilə “mehriban davranmaq”, anlaşmaq zorunda görünür. Bu xüsusda bəzi təhlilçilər hətta hesab edirlər ki, ən yaxın perspektiv üçün Moskva Paşinyan hakimiyyətinə daha dözümlü yanaşa, Ermənistana kobud müdaxilə planlarını bir müddət təxirə sala bilər.

O sırada sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli düşünür ki, Ermənistanda proseslər bir müddət öz axarına buraxılıb (Teleqraf.com). Onun sözlərinə görə, Paçinyanı son vaxtlar ciddi narahat edən və Moskvanın təsiri altında olduğu şübhə doğurmayan “Qarabağ klanı”nın hakimiyyətə gəlməsi məsələsi artıq keçilmiş mərhələdir. “Rusiya bu praktikanı bir daha tətbiq etməyəcək”, - politoloq vurğulayıb.

Politoloq fikrini Putinin dostu, eks-prezident və Xocalı hərbi canisi Robert Köçəryanın təzədən həbsi üzərində inkişaf etdirərək deyir: “Düşünürəm ki, Rusiya Paşinyana xalqa verdiyi vədlərin heç olmasa, bir hissəsini yerinə yetirməsinə, Köçəryanın 2-3 il həbsdə yatmasına imkan yaradacaq. Buna qədər də Paşinyana siyasi hakimiyyətdə qalmasına məsafə verəcəklər. Sonra da əfv və ya amnistiya yolu ilə Köçəryan türmədən çıxacaq. Paşinyan xalq qarşısında etimadını doğrultmuş kimi görünəcək, Rusiyanın da Köçəryanın həbsini qısaltdığı görüntüsü yaradılacaq”.

Ekspert mühacirətin sürətlə getdiyi balaca dövlətdə proseslərin tamamilə Kremlin nəzarəti altında olduğunu da qeyd edib. “Ermənistanın qərbyönümlü demokratiya quracağını xəyal eləməsi əfsanədir”, - deyə Q.Hüseynli sonda əlavə edib.

Blokada rejimində inləyən, Rusiyanın ucqar quberniyası statusu daşıyan bir cırtdan ölkədə belə xəyalların qurulması ikiqat absurd və əfsanədir...
“Yeni Müsavat”
 

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər