{category-title}

Nazir: Müavinət və təqaüd artımı 1,3 milyon vətəndaşı əhatə edib

 

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ilin ötən dövründə reallaşdırılan hər iki sosial paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manat, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon vətəndaşı əhatə edir. Minimum əməkhaqqında demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaq. Minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaq.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb.

Nazir bildirib ki, birinci paket 3 milyon vətəndaşı əhatə etdi və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi: "Bu sosial islahat paketi artıq tam şəkildə icra olundu və həm pensiyaçılarımızın, həm də işləyən vətəndaşlarımızın əməkhaqları artırıldı. İkinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlardan ibarət əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb”.

S.Babayev, əlavə olaraq, dövlət başçısının tapşırığına əsasən müavinət və təqaüdlərin artırılması sahəsində görülən işləri qeyd edib. Diqqətə çatdırıb ki, cari ildə müavinət və təqaüdlərin artımı ümumilikdə 1,3 milyon vətəndaşı əhatə edib. Bunlardan 300 mindən çoxu məhz əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən çoxu tələbə və gənclərdir: "Ümumilikdə baxdıqda bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə etdi və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırıldı”.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin digər bir sosial təşəbbüsü olaraq, ötən ilin sonlarında qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində ölkəmizdə ciddi şəkildə sosial sığorta amnistiyası elan edilib. 2006-cı ildən 2018-ci ilədək sosial sığorta sahəsində cüzi ödəniş etmiş şəxslərə belə 25 il sığorta stajı tətbiq edildi. Bunun nəticəsində yanvar ayının 1-dən etibarən avtomatik pensiya təyinatına başlanıldı: " Avtomatik pensiya təyinatı bu gün artıq 13 min insanı əhatə edir. Onlar hər hansı bir ünvana getmədən, hər hansı bir müraciət etmədən pensiya təyinatlarını ən səmərəli və sürətli şəkildə əldə ediblər. Bu siyasətin davamı olaraq bu sahədə şəffaflığın və səmərəliliyin təmin edilməsi üçün il ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi əhatə olunacaqdır”.
Sosial təminat sisteminin digər sahələrində də avtomatlaşdırma tədbirlərinin davam etdiriləcəyini bildirən S.Babayev qeyd edib ki, o cümlədən, müavinət və təqaüdlərin təyinatının avtomatlaşdırılması tədbirləri başa çatdıqdan sonra cari il üçün 180 min müraciətin tam şəkildə, proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan təmin edilməsi həyata keçiriləcəkdir.

Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi istiqamətində aparılan işləri diqqətə çatdıran nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə ötən il proqram çərçivəsində 6 min ailəyə mikro və kiçik biznesə başlaması üçün aktivlər təmin edilib. Dövlət başçısının göstərişinə əsasən, bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edilib və əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin cari ildə özünüməşğulluq proqramı ilə əhatə edilməsi planlaşdırılır: "Müraciətlər çoxdur, əhalinin bu proqrama çox böyük marağı, çox böyük rəğbəti var. Cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəlib. Bunları nəzərə alaraq, ötən ildən növbədə qalan insanlara və bu il müraciət edənlərin arasında isə əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir”.
S.Babayev bu ilin ötən dövründə özünüməşğulluq proqramı üzrə artıq 4 min nəfərin təlimlərdən keçirildiyini, 1100 nəfərə isə aktivlərin verildiyini deyib. O bildirib ki, əlavə olaraq BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub, 1000 nəfərə yaxın ailə məhz BMT-nin İnkişaf Proqramı tərəfindən aktivlə təmin ediləcəkdir. Dövlət başçısının göstərişlərinə uyğun olaraq, Dünya Bankı ilə müzakirələr yekun mərhələyə çatıb: "Sentyabr ayında Dünya Bankı layihə təklifini Azərbaycan Hökumətinə təqdim edəcək və gələn ildən bu layihəyə qoşulacaq”.

Nazir cari ilin may ayında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzi barədə də məlumat verib.

Bildirib ki, DOST mərkəzi açıldıqdan sonra böyük bir rəğbət qazanıb: "İki aydan bir az artıq dövrdə 20 min vətəndaşımız bu mərkəzə müraciət edib. Hər bir müraciətçi xidmət gördükdən sonra orada elektron qaydada xidmətin səviyyəsini qiymətləndirir. Bu günə vətəndaşlarımızın tam məmnunluq səviyyəsi 93 faizi keçibdir, 4 faiz də əlavə olaraq qismən məmnun vətəndaşlarımızdır. Biz bu göstəricini daim bu şəkildə saxlamağa çalışacağıq. Bu gün artıq 126 xidmətin hər biri DOST mərkəzində göstərilir”.
S.Babayev dövlət başçısının göstərişlərinə uyğun olaraq, bu ilin sonunadək növbəti Mərkəzin açılması istiqamətində ciddi iş aparıldığını, daha 3 mərkəzin açılması üçün işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, cari ilin sonuna və növbəti ilin birinci rübünə bu 3 mərkəz də açılacaq: "Beləliklə, biz Bakının 80 faizini əhatə etmiş olacağıq. Növbəti mərhələdə daha bir Mərkəz açdıqdan sonra Bakı şəhəri tam əhatə olunacaq. Regionlarımızda da DOST mərkəzlərinin açılması sahəsində iş başlayacaq”.

S.Babayev bildirib ki, bu ilin may ayında Beynəlxalq Sosial Təminat Agentliyinin Bakı şəhərində keçirilən Avropa Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş 55 ölkənin sosial təminat agentliklərinin rəhbərləri də DOST mərkəzini ziyarət ediblər: "Onların da ilkin qiymətləndirməsi çox yüksək oldu. İnanırıq ki, qısa müddət ərzində bu şəbəkə genişləndirilərək ölkə ərazisini tam şəkildə əhatə edəcək”.

Son xəbərlər

Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH

Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir

Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb

Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır"

“Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”

Yenidən öz postlarına namizəd olacaqlar

Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu

Generalın oğluna yeni vəzifə verildi

COP29-da iqlim dəyişikliyi və biomüxtəliflik əlaqələrinin müzakirəsi - Fotolar

Doğum, uşaqlara qulluq və dəfn müavinətləri artırıla bilər

COP29 çərçivəsində Azərbaycanda ilk bərpa olunan enerji hərracının qalibi elan edilib

Şəkidə yol qəzası olub, ölən var

Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirildi - Fotolar

Antonio Quterreş Azərbaycana gəldi

Acundan onunla bağlı aparılan araşdırmaya - Reaksiya

“Vətəndaş A” serialına görə İTV-yə - Rəsmi xəbərdarlıq

Emin Əmrullayev: Məktəbəqədər təhsilin əhatəliyini artırmaq üçün alternativ modellər üzərində işləyirik

Pezeşkian Roma Papasına çağırış etdi

Azərbaycanda Elm və Təhsil fondlarının birləşdirilməsi təklif olunub

Putin Trampla Ukraynada atəşkəsi müzakirə etməyə HAZIRDI

Mədəniyyət işçilərinin maaşı artırılacaq? - Nazir açıqladı

Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

Transfer qiyməti ilə bağlı sənədləri və məlumatları vaxtında təqdim etməyənlər 6 min manat cərimələnəcək

Bütün xəbərlər