{category-title}

BİZİM TƏQVİM: Yanvarın 6-da baş vermiş tarixi hadisələr


6 yanvar 1810-cu ildə İstanbul sazişi imzalanıb. Sazişə əsasən Osmanlı dövləti Krımı Çar Rusiyasına verib.

Bəs, 6 yanvarda daha hansı hadisələr baş verib?

1. 1810-cu ilin bu günündə Samuel Morze teleqrafı kəşf edib.

2. Kommunikasiya sahəsində yeni bir dövr açan, texnoloji inkişafın ilk addımı sayılan teleqraf Samuel Morze tərəfindən ilk dəfə 1838-ci ilin bu günü xalqa təqdim edilib.

3. 6 yanvar 1870-ci ildə Vyananın məşhur konsert zalı "Musikverei"nin təntənəli açılışı olub.

4. 1907-ci ilin 6 yanvarında İtaliyalı pedaqoq Mariya Montessori Romada orta təbəqəli ailələrin uşaqları üçün özünün ilk məktəbini və uşaq bağçasını açıb.

5. 6 yanvar 1912-ci ildə Nyu-Meksiko ABŞ-ın 47-ci ştatı olub.

6. Birinci İnönü döyüşü 1921-ci ilin bu günü – yanvarın 6-da başlayıb. İşğal altındakı torpaqlardan düşməni qovmaq üçün Milli Mücadiləyə başlayan türklər yeni qurulan nizami ordu ilə qələbə qazanıb.

7. 1946-cı il yanvarın 6-da İranda Azərbaycan Milli Firqəsinin qərarı ilə Azərbaycan türkcəsi dövlət dili elan olunub. Bu, 21 Azər inqilabından sonra milli hökumətin qəbul etdiyi ilk qərar idi. Bundan sonra hökumət Təbriz Dövlət Universitetinin yaranması ilə bağlı qərar verdi.

8. 1956-ci ilin bu günü Kanadada 14 ölkənin qatıldığı hava nümayişi yarışlarında Türkiyə birinci olub.

9. 1960-cı ilin 6 yanvarında Türkiyədə Mersin zavodunun təməli qoyulub. Gündə 9 min ton xam neft emal edən zavodun tikintisinə 15 min ton polad istifadə edilib.

10. 6 yanvar 1984-cü ildə Tunis “Çörək üsyanı”na səhnə oldu. Çörək qiymətlərinin 125 faiz artması qarşısında xalq küçələrə axışdı. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə toqquşmaya çevrilən etiraz aksiyalarında 75 nəfər həyatını itirdi, mindən çox nümayişçi saxlanıldı və ölkədə fövqəladə vəziyyət elan edildi.

11. Türkiyədə insanların üstündə gəzdirməsi belə qadağan olunan valyuta alış-verişi 1984-ci ilin bu günündən sərbəst buraxılıb.

12. 1990-cı ilin 6 yanvarında ermənilər Azərbaycanın Ağdam şəhər avtovağzalında partlayış törətdi: 2 nəfər həlak oldu, 2-si yaralandı.

13. 6 yanvar 1992-ci ildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı hesabına qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaradıldığı elan edildi.

14. 6 yanvar 2016-cı ildə Şimali Koreya rəhbərliyi ilk dəfə hidrogen bombasını sınaqdan keçirdiyini və sınağın uğurlu olduğunu açıqladı. Punggye-ri Nüvə Mərkəzi yaxınlığında keçirilən sınaq beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb oldu. Ancaq ABŞ rəhbərliyi sınaq keçirildiyinə dair sübut olmadığını bildirdi.

Bəs, 6 yanvarda kimlər xatırlanır?

1. Bu gün görkəmli Azərbaycan bəstəkarı, dirijor və musiqişünas Əfrasiyab Bədəlbəylinin xatirə günüdür. O, 1976-cı ilin 6 yanvarında 69 yaşında dünyasını dəyişib. Sankt-Peterburq Konservatoriyası nəzdindəki musiqi məktəbini bitirdikdən (1938) ta ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor olan Əfrasiyab Bədəlbəyli musiqi mədəniyyəti tarixində daha çox “Qız qalası” ilk Azərbaycan milli baletinin müəllifi olaraq tanınır. (1907-1976)

2. Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Mikayıl Müşfiq 1938-ci ilin bu günü repressiya olunaraq güllələnib. Azad fikirləri, arzularına görə Stalin repressiyasının qurbanı olub. Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

3. Tatar əsilli Azərbaycan aktrisası Mərziyyə Davudova 1962-ci ilin 6 yanvarında Bakıda dünyasını dəyişib. O, Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı. Aktrisa ilk rolunu oynayarkən 16 yaşında olub. Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".

4. Kinorejissor, ssenarist, aktyor Ənvər Əbluc 1947-ci ilin 6 yanvarında Beyləqanda doğulub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb. Dublyaj sahəsində xüsusi xidmətləri var. (Bizim.Media)

Son xəbərlər

Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM

Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif edib

Suriya ordusu Hələbdə PKK/YPG-nin mövqelərini bombalamağa başlayıb

Partlayışda ölən SOCAR-ın işçisi imiş - Rəsmi

Şəkidə məktəb binası YANDI

İran etirazları yatırmaq üçün İraqdan milis dəstələri GƏTİRİB

Cəbrayılda mina partladı - Xəsarət alan var

Nəzrin ölümünə görə həbs olunan həkim azadlığa çıxdı

Xidmət rəisi Neftçalada vətəndaş qəbulu keçirəcək

Sumqayıtda irigövdəli ağac qaz xəttinin üzərinə aşıb, 650 abonent qazsız qalıb

Bakı Teleqüllə Kompleksində müayinə və layihələndirmə işləri görüləcək

Təbriz, Ərdəbil və Zəncana əlavə təhlükəsizlik qüvvələri yeridilib

FHN dumanlı havaya görə kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib

Azərbaycan nefti cüzi ucuzlaşıb

Gəncənin pravoslav icması Milad bayramını qeyd edir

Memar Əcəmi stansiyasının 4-cü çıxışı müvəqqəti bağlanacaq

Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə İTTİHAM OLUNUR

“TikTok”da yarış təşkil edən Azər Zahid və köməkçisi barədə cinayət işinə xitam verilib

Azərbaycanda 149 uşaq övladlığa verilib

Maaş və pensiyalarda bu qədər artım olacaq - Deputat AÇIQLADI

Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapıldı

Aqrar fəaliyyətlə məşğul olan obyektlərin tikintisinə icazə təsdiqləndi

Leyla Əliyeva Maskatda Oman Sultanlığının Vəliəhdi ilə görüşüb

“Liverpul” - “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

Bütün xəbərlər