{category-title}

Gündəm / Dünya
5.01.2026, 14:32
Özbəkistanda avtobus aşıb, iki nəfər ölüb, doqquz nəfər yaralanıb

Özbəkistanın Nəvai rayonunda içərisində 47 sərnişinin olduğu avtobus yoldan çıxaraq aşıb.
Bu barədə Nəvai vilayəti Daxili İşlər İdarəsindən bildirilib.
Nəvai-Uçkuduk avtomobil yolunda baş vermiş qəza nəticəsində iki sərnişin yerindəcə ölüb, müxtəlif dərəcəli xəsarətlər alan doqquz nəfər xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.
