{category-title}

Maaş artımı daha kimlərə şamil ediləcək?

 

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev ölkədə minimum əməkhaqqının artırılması barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, martın 1-dən etibarən minimum əməkhaqqı 180 manat təşkil edəcək.

Sərəncamdan sonra büdcə təşkilatlarında çalışan şəxslərin əməkhaqqına bunun necə təsir edəcəyi ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər bildirilib. Müzakirələrdə iştirak edənlərin əsas sualı bu artımın 200 manat əməkhaqqı alan şəxslərə təsir edib-etməməsi ilə bağlıdır. 

Milli.Az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev məsələ ilə bağlı qafqazinfo-ya açıqlama verib. O qeyd edib ki, maaş artımı xeyli vətəndaşı əhatə edəcək: "Bilirsiniz ki, bizdə vahid tarif cədvəli var. Onların da pilləri var. Bu pillərə uyğun olaraq da hər kəsin maaşı artacaq. Təxminən 450 minə yaxın büdcə təşkilatlarında çalışan işçilərin maaşı artacaq. Eyni zamanda özəl sektorda rəsmi maaşın məbləği 180 manatdan aşağıdırsa, onlar da bunu 180 manata qaldırmağa borcludur. Çünki ölkə üzrə minimum əməkhaqqı hansı məbləğdə müəyyənləşibsə, işçiyə ondan aşağı maaş vermək qanunsuzdur. Bununla ölkədə yoxsulluğun səviyyəsi aşağı düşəcək. Bilirsiniz ki, bu gün az maaşla işləyənlərin bir çoxu qadınlardır. Bu sərəncam qadınların əməkhaqqının və gəlirlərinin artmasına xüsusi təsir edəcək. Bu qədər yüksək maaş artımı dünya dövlətlərində çox nadir hallarda olur. Buna təxminən 400 milyon büdcə vəsaiti sərf ediləcək. Mən hesab edirəm ki, bunun cənab prezidentin son illərdə apardığı sosial siyasətin tərkib hissəsi olaraq əhaliyə çox böyük töhfəsi oldu".
 
Qeyd edək ki, ötən gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də REAL TV-nin efirində qonaq olub. Əhalini maraqlandıran bir neçə məqamı izah edib. 

REKLAM
<iframe width="300" height="150" frameborder="0" scrolling="no" data-mce-fragment="1"></iframe>
<iframe class="adributor-resize" width="300" height="150" data-mce-fragment="1"></iframe>

Nazir bildirib ki, bu artım 600 min insanı əhatə edəcək: "Bunlardan 450 mini dövlət sektorunda işləyən, 150 mini özəl sektorda işləyənlərdir. Artım 450 mini əhatə etdiyi üçün, nəinki maaşı 180 manata qədər olan insanlara təsir edəcək, ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə vahid tarif cədvəli üzrə işləyən bütün şəxsləri əhatə edəcək. Çünki bu cədvəl 19 pillədən ibarət əməyin ödənişi sistemidir. Və onun birinci pilləsi artıq 180 manat müəyyən ediləndə növbəti pillələr artımla gedir. İkinci pillə 180 manatdan 2.5-3 faiz daha çox, üçüncü pillə isə bundan da çox təşkil edir. 

Minimum əməkhaqqı nəinki az maaş alan insanlara töhvə verdi, bu, vahid cədvəl üzrə işləyən 450 min nəfərə də şamil edildi. Orta hesabla onların əməkhaqqısı 30 faiz artacaq. Özəl sektorda olanlar üçün də zəncirvari effekt olacaq. 

Qeyd edim ki, 150 min ilkin rəqəmdir, bu, bir çox insanın əməyinə təsir edəcək. Birbaşa gəlirlər artacaq, onların sosial müdafiələri güclənəcək".

Son xəbərlər

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var

SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır

AAYDA vətəndaşlara müraciət edib

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb

"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir

Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır

Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib

Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

Tokayev Qazaxıstan hökumətini istefaya göndərib

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

Bütün xəbərlər